Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Mart 2012 - №12

 

Millətsevərşair anıldı

 

Bu il Azərbaycan ədəbiyyatının korifeylərindən biri, dünya şöhrətli "Molla Nəsrəddin" ədəbi məktəbinin təməlçilərindən olan millətsevər şair və pedaqoq Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyi tamam olur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin qeyd olunması haqqında sərəncamına uyğun olaraq ölkəmizin hər yerində bu müqtədir sənətkara həsr olunmuş tədbirlər keçirilir.

Belə tədbirlərdən biri də bu günlərdə işlədiyim Ucar rayonundakı Qazyan kənd 1 nömrəli məktəbdə təşkil olunmuşdu.

Dəryada duran qocaman dağ timsallı şairin yubileyinə həsr etdiyimiz ədəbi-bədii tədbirdə məktəbin müəllim və şagirdləri, sabirsevərlər, poeziya həvəskarları iştirak edirdilər.

Yubiley tədbirini məktəbin direktoru Ramiz Zeynalov  açaraq ölkəmizdə təhsilə, elm və mədəniyyətə, maarifə, ədəbiyyat və incəsənət xadimlərinə göstərilən dövlət qayğısından, möhtərəm Prezidentimizin sərəncamları ilə müxtəlif dövrlərdə yaşayıb yaratmış qüdrətli sənətkarlarımızın yubileylərinin keçirilməsindən söz açdı. Bildirdi ki, belə sənətkarlardan biri də satirik şairimiz Mirzə Ələkbər Sabirdir. Onun 150 illik yubileyinin qeyd olunması barədə möhtərəm Prezidentimizin xüsusi sərəncam imzaladığını diqqətə çatdıran direktor həmin sərəncamda M.Ə.Sabirin şəxsiyyətinə, yaradıcılığına yüksək qiymət verildiyini, onun çoxəsrlik poeziyamızın parlaq ənənələrini layiqincə yaratmaqla bərabər, ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə yüksəldərək onu ictimai məfkurə baxımından daha da zənginləşdirən söz ustası kimi  səciyyələndirildiyini söylədi.

R.Zeynalov "Sabir və Azərbaycan məktəbi" mövzusundakı çıxışında ustad şairimizin müəllimlik fəaliyyətindən, onun uşaq və gənclərimizin tərbiyəsilə bağlı dəyərli fikirlərindən söz açaraq bildirdi ki, Sabirin cismanı yoxluğundan yüz il ötsə də, tarixə qovuşmuş illər bu vətən oğlunu bizlərə daha da yaxınlaşdırmış və doğmalaşdırmışdır. Ustad müəllimimizin ən böyük amalı gənc nəsildə nəcib insani sifətlər tərbiyə etmək, onları elm öyrənməyə, maariflənməyə çağırmaq idi. Böyük Sabirin bir çox misraları çoxdan xalq arasında atalar sözlərinə çevrilmişdir.

Məktəbin tarix müəllimi Qəhrəman Əliyev şairin xalqı ağır vəziyyətdən qurtarmaq üçün Cəlil Məmmədquluzadənin dediyi kimi, özünü "Molla Nəsrəddin" meydanına ataraq nərilti və gurultu" qoparmasından danışdı. O qeyd etdi ki, Sabir "Molla Nəsrəddin" satirik jurnalında müxtəlif imzalarla çıxış etsə də, ən çox "ağlar-güləyən" imzasından istifadə etmişdir. Bu ad onun satirasının əsas ruhunu təşkil edirdi: ağlaya-ağlaya güldürmək, gülə-gülə ağlatmaq!

Azərbaycan dili və ədəbiyyat müəllimi Rühəngiz Əliyeva isə öz çıxışında Sabirin geridə qalmış Azərbaycan qadınının savadlanması, dünyagörüşünün genişlənməsi üçün söz silahından nə cür istifadə etməsi barədə çoxlu nümunələr gətirdi.

Sonra söz məktəbin şagirdlərinə verildi. Uşaqlar Sabirin şeirləri əsasında hazırladıqları səhnəcikləri təqdim etdilər. Onbirinci sinif şagirdi Nigar Nuri sevimli şairimiz Zəlimxan Yaqubun ölməz sənətkara həsr etdiyi "Qeyrət qalası" şeirini, doqquzuncu sinif şagirdi Aybəniz Əliyeva şairin "Çatlayır, Xanbacı, qəmdən ürəyim" satirasını, ibtidai sinif şagirdləri isə Sabirin uşaqlar üçün yazdığı "Yaz günləri", "Cütcü", "Uşaq və buz", "Yalançı çoban" və s. şeirlərini söylədilər.

 

Yaqut ZEYNALOVA,

Ucar rayonu Qazyan kənd 1 nömrəli tam  orta məktəbin
Azərbaycan dili və  ədəbiyyat müəllimi, əməkdar müəllim

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov