Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Mart 2012 - №12

 

Şuşa məktəblərində təlim kursları keçirilir

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində  təhsil sisteminin pedaqoji heyətinin  İKT  üzrə savadlılığının artırılmasına yönəldilmiş treninqlər və digər  kompleks tədbirlər həyata keçirir.

Bu proqram Azərbaycan dövlətinin təhsilə göstərdiyi qayğının ən bariz nümunələrindən biridir. Proqram  çərçivəsində həyata keçirilən  işlərdən biri də Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə birgə nazirliyin tərəfdaşlarından biri olan "MƏDƏD" təşkilatının həyata keçirdiyi inzibati-idarə heyətinin Peşəkarlıq Səviyyəsinin  Təkmilləşdirilməsi kurslarıdır. Bu təlim kursları  respublikanın  digər rayonları ilə yanaşı, Şuşa rayonunun Malıbəyli kənd məktəbində  fevral ayının 27-dən başlayaraq bütün ümumi  təhsil məktəblərinin inzibati-idarəetmə heyəti üçün də uğurla həyata keçirilir.

Təlimlər 2 nəfər təlimçi ilə 6 gün aparılır. Təlimlərdə 12-15 nəfərlik  qruplar iştirak edir. İnzibati-idarəetmə heyətinin kurslara cəlb edilməsi təhsil şöbəsi tərəfindən tənzimlənir. Təlim zamanı iştirakçılar 5 kompüter proqramı ilə tanış olurlar. Bu da onların gələcəkdə işlərini İKT və digər avadanlıqlarla zənginləşdirmələrinə çox kömək edəcək. Kursun son günü isə  iştirakçılar təlimçilər tərəfindən imtahandan  keçirilir. Onlara sertifikatların verilməsi bu imtahanların nəticələrinə görə müəyyənləşdirilir. 

Tamella KAZIMOVA,
Şuşa RTŞ-ın müdir müavini

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov