Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Mart 2012 - №12

 

Tələbələrin uşaq evinə bayram sovqatı

 

Lənkəran Dövlət Universitetinin tələbələri Lənkəran uşaq evinin sakinləri ilə görüşmüşlər. Tədbirdə tələbələr xoş arzularını bildirərək özləri ilə gətirdikləri bayram hədiyyələrini uşaqlara paylamışlar.

Uşaq evinin direktoru Ofelya Qənbərova görüş üçün minnətdarlığını bildirmişdir. Tədbir universitetin 1 nömrəli tədris korpusunda davam etdirilmişdir. Bayram iştirakçıları tələbələrin əl işlərindən təşkil olunmuş sərgiyə baxmışlar. Sərgidə  yazın gəlişinə həsr edilmiş rəsmlər nümayiş  etdirilmişdir.

Lənkəran Ağsaqqallar  Şurasının sədr müavini, universitetin valideynlər şurasının sədri  Sərhad Məmmədov, universitetin dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru Mirhüseyn Abbas, universitetin tələbə-gənclər təşkilatının sədri Uğur Qurbanzadə və başqaları çıxış edərək ürək sözlərini söyləmişlər.

Sonda Novruz bayramına həsr edilmiş ədəbi-bədii kompozisiya göstərilmişdir.  

Hacı Etibar ƏHƏDOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov