Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Mart 2012 - №12

 

Şamaxı şahmatçılarının "Novruz turniri" keçirilib

 

Şamaxı Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Asif Ağayevdən aldığımız məlumatda bildirilir ki,  məktəbdə ənənəvi "Novruz turniri" adı altında şəhər birinciliyi keçirilib. Oğlan və qız şahmatçıların iştirakı ilə İsveçrə sistemi üzrə 9 turdan ibarət keçirilən yarışda 82 şahmatçı 5 yaş qrupunda (8, 10, 12, 14, 16) mübarizə aparıb. Şəhər 2 nömrəli tam orta məktəbin VII sinif şagirdi Niyaz Məmmədov 9 turdan 8,5 xal toplayaraq ümumi turnirin qalibi olub.

Qızlar arasında müvafiq yaş qruplarında İlahə Xudiyeva (şəhər 1 nömrəli tam orta məktəb), Nəzrin Əhmədova və İzzət Ağayeva (şəhər 2 nömrəli tam orta məktəb), Leyla Abdullayeva, Aydan Abdullayeva və Arzum Abdullayeva (şəhər 5 nömrəli tam orta məktəb) bütün rəqiblərini qabaqlayaraq qalib adı qazanıblar.

Oğlanların mübarizəsində isə Mirəziz Babayev və Saleh Abdulrəhmanov (şəhər 2 nömrəli tam orta məktəb), Mənsur Sərxanov və Asim Sərxanov (şəhər 9 nömrəli tam orta məktəb) və Eldəniz Xəlilli (Mədrəsə kənd tam orta məktəb) öz yaş qruplarında çempion adına sahib olublar.

Qaliblərə diplomlar və rayon təhsil şöbəsinin mükafatları təqdim olunub.

Yarışın nəticələrinə əsasən respublika şahmat məktəbləri komandalarının zona turnirində iştirak edəcək oğlan və qızlardan ibarət rayon komandasının üzvləri də müəyyənləşdirilib. 

Ədalət DAŞDƏMİRLİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov