Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

06 Aprel 2012 - №13

 

"Chevron-Xəzər" müəllimlərin peşəkarlıq səviyyəsinin inkişafını dəstəkləyir

 

İnformasiya və kommunikasiya texnologiyaları müntəzəm olaraq müəllimləri, kurikulum mütəxəssislərini, ümumilikdə təhsil sahəsində çalışanları birləşdirərək onların inkişafına təkan verir.

Təhsil sahəsində texnologiyaların tətbiqi nəticəsində mühazirə təlimindən interaktiv, konstruktiv öyrənməyə keçid prosesi baş verir.

Müasir tədris və öyrənmə istiqamətində müəllimləri dəstəkləyən "Chevron-Xəzər" və "Mədəd-Azərbaycan" onların peşəkarlıq səviyyələrinin inkişafı məqsədilə Bakı şəhərində və dörd rayonda yeni təşəbbüsün həyata keçirilməsinə başlamışdır. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" ilə sıx əlaqədə həyata keçirilən layihə siniflərdə texnologiya və elektron resursların səmərəli istifadəsi üzrə müəllimlər üçün təlimlər nəzərdə tutur. Təşəbbüsün davamlılığını təmin etmək üçün layihədə iştirak edən məktəblərdə həmkar təlimçilər şəbəkəsi yaradılacaq və bu şəbəkə vasitəsilə müəllimlərlə iş davam etdiriləcək.

Layihədə Bakı şəhərindən, Bərdə, Goranboy, Yevlax və Ucar rayonlarından 1000 nəfər müəllimin iştirakı nəzərdə tutulub. Müəllimlər "Müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi", "İntel"in "Gələcək üçün təhsil" və "Microsoft"un "Həmkara dəstək" proqramları əsasında təşkil edilmiş təlimlərdə iştirak edəcəklər. Layihənin nəticəsi olaraq iştirakçılar tədris prosesinin keyfiyyətini təmin etmək üçün müasir yanaşmalar, təhsil texnologiyaları və elektron  təhsil  resursları  üzrə təcrübi bilik və bacarıqlarını artıracaqlar. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov