Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

06 Aprel 2012 - №13

 

Soyqırımı qurbanları yad edildi

 

Naxçıvan Müəllimlər İnstitutunda 31 mart - Azərbaycanlıların soyqırımına həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə  institutun rektoru, professor Oruc Həsənli açaraq ermənilərin və onların havadarlarının xalqımıza qarşı həyata keçirdikləri soyqırımı, torpaqlarımızda törətdikləri qanlı faciələr barədə  həqiqətləri faktlarla diqqətə çatdırmışdır. Bildirilmişdir ki, erməni millətçilərinin xalqımıza qarşı hərbi, siyasi, ideoloji və başqa vasitələrlə yürütdüyü siyasətin  məqsədi azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq, yeni ərazilər ələ keçirməklə "Böyük Ermənistan" dövləti yaratmaq olmuşdur. 1918-ci ilin mart qırğını da bu siyasətin nəticəsidir. Həmin il Bakıda başlanan və Azərbaycanın digər bölgələrində davam etdirilən soyqırımlarda minlərlə insan vəhşicəsinə öldürülmüşdür. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində qanlı faciəyə siyasi qiymət verildi. Ulu öndərin qətiyyətli və məqsədyönlü siyasi kursunu ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir.

Çıxışlarda qarşımızda duran bütün problemlərin həllinə, o cümlədən torpaqlarımızın ərazi bütövlüyünün bərpasına nail olacağımıza əminlik ifadə olunmuşdur.

Tələbələr soyqırımı qurbanlarına həsr olunmuş şeirləri söyləmişlər.  

*** 

Naxçıvan Özəl Universitetində 31 mart -Azərbaycanlıların soyqırımı ilə bağlı keçirilən elmi-praktik konfransda  ali təhsil ocağının tərbiyə işləri üzrə prorektoru Əli Yusifov çıxış edərək  soyqırımın tarixindən, bu illər ərzində dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırılması istiqamətində respublikamızda görülmüş işlərdən, ümummilli liderimiz Heydər Əliyevin soyqırımla əlaqədar imzaladığı fərmanın əhəmiyyətindən danışmışdır.

Konfransda erməni millətçilərinin və daşnaklarının "Böyük Ermənistan" yaratmaq xülyası ilə zaman-zaman yeni-yeni fəlakətlər törətmələrindən, soyqırımı və deportasiyaya məruz qalmış xalqımızın başına gətirilən müsibətlər barədə məlumat verilmiş, xalqımızın bu məsələlərin beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən tezliklə həqiqi qiymət alacağına əmin olduğu bildirilmişdir.  

Nuray ƏSGƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov