Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 Aprel 2012 - №14

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Birlik Ulduzları" mükafatına layiq görülüb

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva 2011-ci il üçün "Birlik Ulduzları" dövlətlərarası mükafatına layiq görülmüşdür. Bu yüksək mükafat ona humanitar fəaliyyətinə görə verilmişdir.

"Birlik Ulduzları" mükafatı laureatlarının təltif edilmə mərasimi yaxın vaxtlarda Moskvada keçiriləcəkdir.

"Birlik Ulduzları" dövlətlərarası mükafatı MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası və birliyin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilmişdir. Mükafat hər il elm və təhsil, mədəniyyət və incəsənət sahəsində, humanitar fəaliyyətə sanballı töhfə və nailiyyətlərə görə verilir. Bu il "Birlik Ulduzları" mükafatı üçüncü dəfə təqdim ediləcəkdir. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov