Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 Aprel 2012 - №14

 

İsveçin Upsala Universitetinin tələbələri Xəzər Universitetində olublar

 

İsveçin Upsala Universitetinin beynəlxalq əlaqələr, hüquq və siyasi elmlər ixtisasları üzrə təhsil alan bir qrup tələbəsi Xəzər Universitetində olmuşlar.

Xəzər Universitetindən AzərTAc-a bildirmişlər ki, universitetlə yaxından tanış olan tələbələr daha sonra bu ali təhsil müəssisəsinin bir qrup müəllimi ilə görüşmüşlər. Görüşün məqsədi yerli hüquq və qanunvericilik, eləcə də Azərbaycan Konstitusiyası ilə bağlı onları maraqlandıran sualları araşdırmaq idi.

Görüşdə humanitar və sosial elmlər fakültəsinin dekanı, dosent Cabir Xəlilov, Hüquq departamentinin müəllimi Leyla Məmmədova, Siyasi elmlər və beynəlxalq münasibətlər departamentinin müəllimi Baba Bayramlı və Beynəlxalq əlaqələr departamentinin nümayəndəsi Aytən Şadlinskaya iştirak etmiş, tələbələri maraqlandıran sualları cavablandırmışlar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov