Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 Aprel 2012 - №14

 

Dövlət Proqramı çərçivəsində bu günə qədər 149 uşaq bioloji ailəsinin və yaxın qohumlarının himayəsinə qaytarılıb

 

"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" çərçivəsində bir sıra tədbirlər həyata keçirilib. Təhsil Nazirliyindən aldığımız məlumata görə, son iki il ərzində 10-17 yaş arası 24 uşaq övladlığa verilib. İnternat tipli 9 müəssisə ümumi təhsil məktəbinə, lisey və gimnaziyaya çevrilib.

Bakının Sabunçu, Suraxanı, Xəzər rayonlarında Günərzi qayğı və reabilitasiya-inkişaf mərkəzləri yaradılıb. Daha 2 reabilitasiya mərkəzi isə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyinə verilib. Reabilitasiya mərkəzlərində alternativ xidmətlərə cəlb edilmiş hər bir uşağın qiymətləndirilməsi, fərdi təlim planının tərtib olunması və reabilitasiya işlərinin keyfiyyətinin monitorinqi ilə bağlı tədbirlər həyata keçirilib. Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən alternativ qayğı mərkəzlərinin yaradılması nəticəsində 298 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb.

Risk qrupundan olan uşaqlar və ailələr arasında sistemli preventiv tədbirlərin görülməsi, qarşıya çıxan problemlərin vaxtında və operativ şəkildə aradan qaldırılması, uşaqların müvafiq müəssisələrə daxil olmasına ciddi nəzarətin təmin edilməsi istiqamətində görülən işlər nəticəsində ölkə üzrə ümumilikdə 465 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. Dövlət Proqramı çərçivəsində bu günə qədər 149 uşaq bioloji ailəsinin və yaxın qohumlarının himayəsinə qaytarılıb.

Dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların  sayı da azalıb. Belə ki, 2008-ci ildə 14389 nəfər təşkil edən bu rəqəm 2011-ci ildə 9776-ya enib. Bundan başqa, dövlət uşaq müəssisələrində yaşayan, lakin övladlığa, himayədarlığa və ya qəyyumluğa verilməsi mümkün olmayan 10 uşağın ailə mühitində yaşamasının təmin edilməsi məqsədilə ailə tipli kiçik qrup evi tikilib.

 2010-2011-ci tədris ilindən etibarən dövlət uşaq müəssisələri işçilərinin peşə yönümünü dəyişməklə uşaqlara və ailələrə dəstək xidmətlərini həyata keçirən sosial işçilərin hazırlanması üçün Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda sosial iş ixtisası üzrə kurs açılıb ki, buraya da son 2 il ərzində 32 tərbiyəçi-müəllim cəlb olunub.

Uşaqların müdafiəsinə dair mövcud qanunvericilik bazasının ətraflı təhlili aparılıb və bir sıra müvafiq normativ-hüquqi sənədlər hazırlanaraq təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim olunub. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov