Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 Aprel 2012 - №14

 

Akademik Arif Paşayevə "Mühəndislik şöhrəti" ordeni təqdim olunub

 

Azərbaycan Mühəndislik Akademiyasının (AMA) illik ümumi yığıncağı keçirilmişdir. Akademiyanın prezidenti akademik Arif Paşayev tədbirdə çıxış etmişdir.

Yığıncaqda bir il ərzində akademiyada görülmüş işlər və perspektiv məsələlər müzakirə edilmişdir. Mühəndislik Akademiyasının nəzdində yaradılacaq Texnoparkın konsepsiyası və inkişaf modeli haqqında da müzakirə aparılmışdır. Akademiklər Yaqub Eyyubov, Havar Məmmədov, İsmayıl Sadıqov, Əbülfəz Babayevin iştirak etdikləri müzakirələrdən sonra müvafiq qərar qəbul olunmuşdur.

Yığıncaqda Azərbaycandan Beynəlxalq Mühəndislik Akademiyasına (BMA) həqiqi üzv seçilmiş akademik Əli Abbasov, Hüseynqulu Bağırov, Gülçöhrə Məmmədovaya, müxbir üzvlər Qərib Məmmədov, Rövnəq Abdullayev və Ədalət Səmədova diplomlar verilmişdir.

Sonra akademiyanın üzvlərinə orden və medallar təqdim edilmişdir.

Akademiyanın prezidenti, akademik Arif Paşayevə MDB və uzaq xarici ölkələrin elmi və mühəndis-texniki cəmiyyətlərinin birləşməsində, mühəndislik elminin və təcrübəsinin inkişafındakı xüsusi xidmətlərinə görə akademiyanın ən ali mükafatı "Mühəndislik şöhrəti" ordeni təqdim olunmuşdur.

Əhəd Canəhmədov BMA-nın "Böyük qızıl", Arif Mehdiyev və Havar Məmmədov "Mühəndislik rəşadəti", Natiq Cavadov və Hüseynqulu Bağırov isə "Mühəndislik şöhrəti" medalları ilə təltif edilmişlər. "Beynəlxalq Mühəndislik Akademiyasının XX illik yubileyi" qızıl medalı isə Arif Paşayev, Əli Abbasov, Yaqub Eyyubov, Mürsəl Əliyev, Gülçöhrə Məmmədova, Arif Quliyev və Məmmədkərim Quliyevə təqdim edilmişdir. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov