Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

13 Aprel 2012 - №14

 

Rusiya Federal Məclisi Federasiya Şurasının sədrinə BDU-nun fəxri doktoru adı verilib

 

Aprelin 9-da Bakı Dövlət Universitetində (BDU) Rusiyanın tanınmış siyasətçisi və diplomatı, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkoya universitetin fəxri doktoru adının verilməsi münasibətilə tədbir keçirilmişdir.

 AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov qonaq haqqında ətraflı məlumat vermişdir. Rektor bildirmişdir ki, müasir Rusiyanın tanınmış dövlət xadimi, siyasətçisi və diplomatı olan Valentina Matviyenko 2011-ci il sentyabrın 21-dən Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri vəzifəsini yerinə yetirir. Rektor, V.Matviyenkonun 2003-2011-ci illərdə Sankt-Peterburqun qubernatoru vəzifəsini tutduğunu da diqqətə çatdırmışdır.

 Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlıqdan söhbət açan rektor Abel Məhərrəmov Bakı Dövlət Universitetinin bu münasibətlərin inkişafına mühüm töhfələr verdiyini qeyd etmiş və universitetin Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət, Sankt-Peterburq, Dağıstan və digər universitetləri ilə əməkdaşlığından danışmışdır. Bakı Dövlət Universiteti haqqında da məlumat verən rektor universitetin 93 illik tarixi ərzində onun çox şöhrətli məzunları, görkəmli alimləri, dünya səviyyəsində tanınan fəxri doktorlarının olduğunu diqqətə çatdırmışdır.

 Sonra A.Məhərrəmov Bakı Dövlət Universitetinin Elmi Şurasının 6 aprel 2012-ci il tarixli iclasının qərarını elan edərək Valentina Matviyenkonun Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsində, elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsində fəal iştirakına görə Bakı Dövlət Universitetinin Fəxri doktoru adına layiq görüldüyünü bildirmişdir. Sonra Rusiya Federal Məclisi Federasiya Şurasının sədrinə universitetin fəxri doktoru diplomu, mantiya və hədiyyələr təqdim olunmuşdur.

 Tədbirdə çıxış edən Valentina Matviyenko BDU-nun fəxri doktoru olmasından məmnunluğunu qeyd edərək bunu ölkələrimizin elm və təhsil sahəsində əməkdaşlığa böyük önəm verilməsinin rəmzi kimi qiymətləndirdiyini bildirmişdir. İki ölkə arasındakı əlaqələrdən danışan Valentina Matviyenko Rusiya-Azərbaycan tərəfdaşlığının Xəzər və Cənubi Qafqaz bölgələrində sabitlik, sülh və təhlükəsizliyin əsas amilinə çevrildiyini söyləmişdir.

Xanım V.Matviyenko ölkələrimiz arasında əlaqələrin perspektivləri, demokratiya, gender problemləri və digər məsələlər ilə bağlı fikirlərini bölüşmüş, tələbələrin suallarını cavablandırmışdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov