Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 Aprel 2012 - №15

 

Ali təhsil müəssisələri arasında futbol üzrə IV ölkə çempionatına start verildi

 

Aprelin 13-də Bakıdakı "Şəfa" stadionunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ali təhsil müəssisələri arasında futbol üzrə IV ölkə çempionatının açılış mərasimi keçirildi. Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov, AFFA-nın vitse-prezidenti Rauf Əliyev, Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti İlham Mərdanov, ali təhsil müəssisələrinin nümayəndələri və tələbələr iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Qulu Novruzov son illər respublikamızda idmana göstərilən dövlət qayğısından söz açdı. Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində idmançılarımızın beynəlxalq arenalarda qazandıqları uğurlardan danışan Q.Novruzov idman oyunları içərisində futbolun milyonlarla tamaşaçısı olduğunu nəzərə çatdırdı. Ali təhsil müəssisələri arasında keçirilən ölkə çempionatının artıq bir ənənəyə çevrildiyini qeyd edən nazir müavini gənclərin bu yarışa xüsusi maraq göstərmələrinin sevindirici hal olduğunu vurğuladı. Bildirildi ki, cempionatda Bakıda yerləşən ali təhsil müəssisələrindən 19 komanda iştirak edir və regionlardan olan ali məktəblərin komandaları növbəti turlara qatılacaq. İştirakçılara uğurlar arzulayan Q.Novruzov komandaların və tədbirin yüksək səviyyədə hazırlanmasına görə əməyi keçən hər bir şəxsə minnətdarlığını bildirdi.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov ali təhsil müəssisələrinin idmançılarına uğurlar arzulayaraq güclü olan komandanın qalib olacağına inandığını bildirdi. Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etdiyini qeyd edən A.Məhərrəmov "Eurovision-2012" mahnı müsabiqəsinin Bakıda keçirilməsinin xüsusi önəm daşıdığını və bir gün futbol üzrə dünya çempionatının da Azərbaycanda keçiriləcəyinə ümidvar olduğunu bildirdi.

Sonra AFFA-nın vitse-prezidenti Rauf Əliyev çıxış edərək  ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ali təhsil müəssisələri arasında keçirilən futbol üzrə IV ölkə çempionatının açılış mərasimi münasibətilə iştirakçıları təbrik etdi. Turnirin artıq 4-cü dəfə keçirildiyini və ildən-ilə təkmilləşdiyini bildirən  R.Əliyev Azərbaycanda futbolun kütləvi şəkildə inkişaf etdiyini nəzərə çatdırdı.

Sonra komandaların kapitanları Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında Dövlət bayrağını qaldırdılar. Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Qafqaz Universiteti arasında çempionatın ilk oyununa start verildi. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov