Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 Aprel 2012 - №15

 

Tələbələr ekskursiyada

 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Naxçıvan Özəl Universitetinin pedaqoji fakültəsinin tarix-ictimaiyyat ixtisası üzrə I kurs tələbələri Heydər Əliyev muzeyində ekskursiyada olmuşlar. Muzeyin direktoru Ramin Orucəliyev ulu öndərin keçdiyi mənalı ömür yolu haqqında tələbələrə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir şəxsiyyətlərdən biri olaraq bu gün də milyonlarla insanın qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndərimiz bu müqəddəs amal uğrunda ən çətin sınaqlara mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. Böyük tarixi missiyaları yerinə yetirmək qüdrətinə malik olan dahi şəxsiyyətlər arasında ümummilli liderimiz Heydər Əliyevin müstəsna yeri var. Çünki onun adı Azərbaycan xalqının lideri kimi müasir tariximizə əbədi həkk olunmuşdur. Əbədiyaşar şəxsiyyət olan ulu öndərin əməlləri, işıqlı ideyaları bu gün də ölkəmizi inkişaf etdirir. Ulu öndər Azərbaycanı hər zaman sevərək hifz etmiş, ölkəmizin müstəqilliyi naminə heç nədən  çəkinməmişdir. Ümummilli lider elə bir şəxsiyyət idi ki, onun siyasi fəaliyyətinin araşdırılmasına həmişə ehtiyac duyulacaqdır. Çünki Heydər Əliyev ölkəmizin düşdüyü ən ağır vaxtlarda xalqının köməyinə çatmış, gördüyü böyük işlərlə hər bir azərbaycanlının qəlbində əbədi yaşamaq hüququ qazanmışdır. Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, bu əməllər, bu ideyalar ulu öndərin siyasi kursunun layiqli davamçısı olan ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndərin əməlləri davam etdirildikcə, ideyaları gerçəkləşdikcə Azərbaycan daha qüdrətli bir dövlətə çevrilir.

Tələbələrin muzeyə ekskursiyaları may ayının 8-dək davam etdiriləcəkdir. Bu müddət ərzində muzeydə dərs saatlarının da keçirilməsi nəzərdə tutulub.  

Nuray ƏSGƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov