Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 Aprel 2012 - №15

 

Prezident İlham Əliyev Qazaxda müasir Şahmat Mərkəzinin açılışında iştirak edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Qazax rayonuna səfəri çərçivəsində Şahmat Mərkəzinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş mərkəzin tikintisinə 2011-ci ilin dekabrında başlanılmışdır. Mərkəzin foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü ucaldılmışdır. Foyedə, həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Qazax rayonuna səfərlərini, gənclərlə görüşlərini, həmçinin ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğını əks etdirən fotoşəkillərdən ibarət stendlər quraşdırılmışdır.

Diqqətə çatdırıldı ki, Qazax Şahmat Mərkəzi əvvəllər məşğələlərin keçirilməsi üçün lazımi şəraiti olmayan, ötən əsrin başlanğıcında tikilmiş 57 kvadratmetrlik köhnə binada yerləşirdi. Buna görə də mərkəz üçün şəhərin mərkəzində ümumi sahəsi 750 kvadratmetr olan yeni bina inşa edilmişdir.

Prezident İlham Əliyevə məlumat verildi ki, Qazax Şahmat Mərkəzində uşaqların və yeniyetmələrin idmanın bu qədim növünün sirlərinə dərindən yiyələnmələri üçün hər cür şərait yaradılmışdır. Mərkəzdə şahmat dərslərinin keçirilməsi üçün zəruri avadanlıqla təchiz olunmuş beş tədris, xidmət, müəllim otaqları, yeməkxana və oyun zalı fəaliyyət göstərir. Yüksək standartlara cavab verən, ümumi sahəsi 167 kvadratmetr olan oyun zalında yerli, regional və beynəlxalq səviyyəli yarışların keçirilməsi üçün bütün şərait mövcuddur. Şahmatla bağlı biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompüter otağı da yaradılmışdır. Bu da dərslərin kompüter vasitəsilə tədrisinə, ən son yeniliklərin qısa müddətdə öyrənilməsinə şərait yaradır.

Dövlətimizin başçısı gənc şahmatçıların oyunlarını izlədi.

Qeyd edildi ki, Qazax Şahmat Mərkəzi respublika səviyyəli yarışlara da ev sahibliyi etməyə hazırdır. Təsadüfi deyildir ki, Qazax şahmatçıları son illərdə beynəlxalq və respublika səviyyəli şahmat yarışlarında bir sıra uğurlar qazanmışlar.

Müasir memarlıq üslubunda tikilmiş mərkəzin binasının və ətrafındakı hasarın üzərində şahmat fiqurlarının təsvirləri həkk olunmuşdur. Mərkəzin həyətində geniş abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmış, müasir işıqlandırma sistemi, oturacaqlar quraşdırılmış, göz oxşayan fəvvarə yaradılmışdır.

Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndirdi, kollektivə uğurlar arzuladı.  

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov