Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Aprel 2012 - №16

 

Əcnəbi tələbələr arasında Azərbaycan tarixi və coğrafiyası üzrə intellektual olimpiada keçirildi

 

 Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynovdan aldığımız məlumatda bildirilir ki, aprelin 23-də Bakıda ölkəmizdə təhsil alan əcnəbi tələbələr arasında Azərbaycan tarixi və coğrafiyası üzrə birinci respublika intellektual olimpiadası keçirildi. Bu maraqlı tədbirin keçirilməsində əsas məqsəd respublikada fəaliyyət göstərən ali məktəblərdə təhsil alan əcnəbi tələbələrin Azərbaycanın tarixi və coğrafiyası haqqında məlumatlandırılması, onlar arasında maarifləndirmə işinin genişləndirilməsi və həmçinin asudə vaxtın səmərəli təşkil edilməsi idi.

Yarışda Azərbaycanın 12 ali təhsil müəssisəsindən 48 tələbə iştirak edirdi.

Olimpiadada Türkiyə, Moldova, İran, Koreya, Gürcüstan və digər ölkələrdən olan əcnəbi gənclər qələbə uğrunda mübarizə aparırdı.

Bu intellektual olimpiadada Bakı Slavyan Universiteti I, Azərbaycan Memarlıq və İnşaat Universiteti II, Qafqaz Universiteti isə III yerlərə layiq görüldülər.

Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları və xatirə hədiyyələri təqdim edildi. Yarışın qalan iştirakçılarına isə sertifikatlar, xatirə hədiyyələri və stolüstü Azərbaycan bayraqları verildi. 

ƏDALƏT

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov