Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Aprel 2012 - №16

 

Azərbaycan şagirdləri ABŞ-da keçirilən "Intel" Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcəklər

 

Bu il mayın 13-dən 18-dək ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində "Intel" Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçiriləcək. Sərgidə Azərbaycanın fevralın 23-24-də Bakı şəhərində keçirilmiş "Sabahın alimləri" respublika müsabiqəsinin qaliblərindən ibarət nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətimizin tərkibinə "Sabahın alimləri" respublika müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin sədri Rövşən Xəlilov, təşkilat komitəsinin üzvü Cavanşir Məmmədov, akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva və Sumqayıt şəhərindən olan aktiv iştirakçı-şagird müşahidəçi Elçin Həsənli də daxildir.

Xatırladaq ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və "Mədəd" təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunmuş "Sabahın alimləri" respublika müsabiqəsində Bakı Dövlət Universitetinin nəzdindəki "Gənc istedadlar" liseyinin şagirdləri Arif Bayramov "İşığın istifadəsi ilə hidrogenin sudan alınması üçün bionanosistem" və Mahirə Səfərəlizadə "Maqnit xassəli polimer kompozitlə su səthindən neft və neft məhsullarının nazik təbəqələrinin kənarlaşdırılması" layihələrinə görə fərdi layihə nominasiyası, akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Elxan Məmmədov və Orxan Məmmədov isə "Nanotexnologiyada yeni yanaşma: kiçik konsentrasiyanın təsiri" layihələrinə görə qrup layihəsi nominasiyası üzrə qalib elan olunmuşlar.

Sərgi çərçivəsində elm-təhsil sahəsində araşdırmalar və innovasiyalarla bağlı müxtəlif mövzularda görüşlər təşkil olunacaq, hər bir ölkənin təcrübəsi barədə fikir mübadiləsi aparılacaq.

"Intel" Beynəlxalq Elm və Mühəndislik Sərgisi dünyada ən böyük beynəlxalq elm müsabiqəsi olaraq, hər il 65 ölkədən, regiondan və ərazidən 1500-dən çox yuxarı sinif şagirdinin iştirakı ilə onların müstəqil tədqiqatlarını nümayiş etdirmək üçün forum təşkil edir. "Intel" ISEF gənclərin elmi fikirlərini birləşdirir, beynəlxalq aləmdə onların istedadlarını nümayiş etdirir, tədqiqatlarının təcrübəli alimlər tərəfindən dəyərləndirilməsinə imkan yaradır. Bu ildən Azərbaycan məktəbliləri də həmin tədbirin iştirakçıları siyahısına qatılıblar. 

Y.ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov