Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Aprel 2012 - №16

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edildi

 

Naxçıvan  Dövlət  Universitetində görkəmli  oftalmoloq alim, akademik, əməkdar elm  xadimi Zərifə  xanım  Əliyevanın  anadan olmasının 89-cu ildönümü  münasibətilə  yığıncaq  keçirildi.

Ali məktəbin tibb fakültəsində keçirilən tədbiri giriş sözü ilə elmi işlər üzrə prorektor, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Anar Kazımov açaraq   akademik  Zərifə Əliyevanın  həyat və fəaliyyətindən  bəhs etdi.  Qeyd olundu ki,  görkəmli alim  ömrünü oftalmologiya sahəsinin inkişafına, göz xəstəliklərinin müalicəsinə həsr etmişdir.  O, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda  və Azərbaycan Dövlət Həkimləri  Təkmilləşdirmə İnstitutunda fəaliyyət göstərərkən müxtəlif istiqamətlərdə elmi araşdırmalar  və tədqiqatlar aparmış,  cərrahi əməliyyatlar həyata keçirmiş,  gözdə qlaukoma xəstəliyinin diaqnostikası və müalicəsi baxımından bir neçə elmi-metodoloji  fikirlər irəli sürmüş,  göz həkimlərinin təkmilləşdirilməsi  üçün pedaqoji fəaliyyət göstərmişdir.  Vurğulandı ki, o,  istedadlı alim və bacarıqlı pedaqoq olmaqla yanaşı, eyni zamanda qayğıkeş, xeyirxah və işgüzar qadın, gözəl ailə başçısı idi.   

Sonra müalicə işi ixtisası üzrə I kurs tələbəsi, Prezident  təqaüdçüsü  Sara Əzizova "Zərifə Əziz qızı Əliyevanın həyatı", tibbi profilaktika ixtisası üzrə III kurs tələbəsi Səma Mədətli "İnsanlara nur bəxş edən ləyaqət mücəssəməsi", pediatriya ixtisası üzrə II kurs tələbəsi Günay Quliyeva "Oftalmologiyamızın tükənməz xəzinəsi",  həmin ixtisas üzrə V kurs tələbəsi Osman Cəfərli "O, bu xalqın gözünün nurunu qoruyurdu" adlı məzmunlu məruzələrlə  çıxış etdilər.  Məruzələrdə qeyd olundu ki, Zərifə xanımın xatirəsi daima ürəklərdə yaşayacaq,  ömür yolu və gördüyü fundamental  işlər heç vaxt unudulmayacaq.  Ümumi təbabət və gigiyena  kafedrasının müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Malikəjdər İbrahimov çıxış edərək xatirə və ürək sözlərini bölüşdü. 

Tədbirdə Zərifə xanım Əliyevanın həyatını əks etdirən slayd da nümayiş olundu. 

Nərmin CƏFƏROVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov