Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Aprel 2012 - №16

 

M.F.Axundzadənin yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə

 

İmişli şəhər A.Eminov adına 7 nömrəli tam orta məktəbdə XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.

Tədbirdə milli dramaturgiyamızın, realist bədii nəsrin banisi, Yaxın və Orta Şərqdə ictimai maarifçilik hərəkatının böyük avanqardı və ideoloqu M.F.Axundzadənin ədəbi-bədii və ictimai fikrin inkişafındakı fəaliyyətindən ətraflı bəhs olunmuşdur.

Ədəbi-bədii gecədə  M.F.Axundzadənin "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadugüni-məşhur", "Hekayəti mərdi-xəsis", "Mürafiə vəkillərinin hekayəti" və s. komediyalarından parçalar səhnələşdirilmişdir. Şagirdlərin milli geyimlərdə yüksək istedadla təqdim etdikləri bu səhnələr məktəbin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Tədbirdə habelə ədibin şeirləri, müxtəlif illərdə yazdığı məktublar haqqında da məlumat verilmişdir.  

Leyla İBİŞOVA,
İmişli şəhər A.Eminov adına 7 nömrəli  tam orta məktəbin müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov