Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Aprel 2012 - №16

 

"Ən yaxşı oxucu mənəm"

 

Bu, danılmaz bir faktdır ki, mütaliə şagirdin nitqini həm formalaşdırır, həm də zənginləşdirir. Oxunan hər bir kitab, istər elmi, istər bədii kitablar şagirdin dünyagörüşünü artırır, onu həyat hadisələrindən baş açaraq düzgün istiqamətlənməyə, daxili aləmini zənginləşdirməyə, müstəqil öyrənməyə və qərar verməyə kömək edir.

Elə bu məqsədlə də Bakının qabaqcıl təhsil müəssisələrindən olan akademik Zərifə Əliyeva adına lisey, XXI əsr BTİM, Bakı Avropa Liseyi  "Ən yaxşı oxucu mənəm" adlı müsabiqənin keçirilməsi qərarına gəliblər. Müsabiqəni 3 turda keçirmək nəzərdə tutulub. I tur məktəbdaxili, II tur məktəblərarası, III tur isə mükafatlandırma.

Layihənin təşkilatçısı akademik Zərifə Əliyeva adına İnformasiya-Resurs Mərkəzinin rəhbəri İradə Hacızadə bu barədə danışaraq qeyd etdi ki, müsabiqənin keçirilməsində əsas məqsəd şagirdləri mütaliəyə cəlb edərək onların istedad və yaradıcılıq qabiliyyətini, yaradıcı imkanlarını, ən əsası isə şagirdin kitabla ünsiyyətini formalaşdırmaqdır.

Daha sonra o, müsabiqənin mərhələləri, şərtləri və təqdimatların qiymətləndirilməsi haqqında da danışdı.

Bu müsabiqənin maraqlı cəhəti o oldu ki, şagirdlərin düzgün, dəqiq, səlis və əsaslandırılmış nitqinin vacib şərti kimi 100 mümkün baldan 50 baladək qiymətləndirilməsi daha məqsədəuyğun hesab edildi. Qalan 50 bal isə şagirdin kompüterlə təqdim olunmuş layihəsinə verildi. II mərhələdə 3 məktəbin 18 layihəsi təqdim olundu və qaliblər I, II və III yerlər üzrə müəyyənləşdirildi.

Müsabiqə aprelin 19-da uğurla başa çatdı. "Ən yaxşı iş" kimi "Qran Pri" mükafatı akademik Zərifə Əliyeva adına liseyin IX sinif şagirdi Ayan Rzayevaya  verildi. I, II, III yerlər üzrə qaliblər mükafatlandırıldı. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov