Xəzər Universitetinin Kitab Klubunda tələbələrin
iştirakı ilə BMT-nin rəsmən qəbul etdiyi Beynəlxalq
İngilis Dili Günü qeyd edilmişdir.
Xəzər Universitetindən AzərTAc-a bildirmişlər ki,
tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və
Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı və
Britaniya Konsulluğunun Proqram direktoru Nigar
Bayramova iştirak etmişlər.
Tələbələrin bilik səviyyəsi və yaradıcılığını yüksək
qiymətləndirən N.Bayramova onları Britaniya
Konsulluğunun Birləşmiş Krallığa səyahət imkanı yaradan,
ingilis dilini və mədəniyyətini daha dərindən öyrənməyə
təşviq edən proqramlarında iştirak etməyə çağırmışdır.
Tədbirdə tələbələr ingilis dilində şeir söyləmiş,
mahnılar ifa etmiş, səhnəciklər göstərmişlər. |