Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

4 May 2012 - №17

 

Ümummilli lider Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin qurucusudur

 

Mayın 2-də Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş "Heydər Əliyev məktəbi" mövzusunda tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərindən danışmışdır. Ulu öndərin daxili və xarici siyasətindən söz açan rektor bildirmişdir ki, bu gün Azərbaycanın qazandığı bütün uğurlarının əsası məhz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müqəddəs şəxsiyyət olan dahi rəhbərin bütün fəaliyyəti yalnız xalqın xidmətinə yönəlmişdir. Onun dərin düşüncəsi, ideyaları, qurub-yaratdıqları, siyasət, iqtisadiyyat, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi islahatlar, möhtəşəm layihələr xalqımızın rifahına, işıqlı gələcəyinə xidmət etmişdir. Hər bir azərbaycanlı onun zəngin irsini öyrənməli, gələcək nəsillərə çatdırmalıdır.

A.Məhərrəmov demişdir ki, xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var. Xalq o vaxt daha da xoşbəxtdir ki, həmin siyasi kurs ölkədə uğurla davam etdirilir. Akademik ümummilli liderin elmin, təhsilin inkişafına hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını, ulu öndərin siyasi kursunun onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.

Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov dövlətimizin formalaşması, inkişafı və dünyada tanınması istiqamətində ümummilli liderin əvəzsiz rolundan söz açmışdır. Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyev tərəfindən milli ideologiyamızın mükəmməl konsepsiyası işlənib hazırlanmışdır. Əli Əhmədov bildirmişdir ki, Heydər Əliyevin daxili və xarici siyasəti nəticəsində dövlətçilik konsepsiyası uğurla həyata keçirilmişdir. Azərbaycanda sabitliyin qorunub saxlanılması, ölkənin bütün sahələrində tətbiq olunan uğurlu islahatlar onun dövlətçilik konsepsiyasının ideyaları sayəsində gerçəkləşmişdir.

Belə bir konsepsiya Heydər Əliyev tərəfindən hazırlanmış və getdikcə təkmilləşdirilmişdir. Ölkə iqtisadiyyatının liberal qaydada formalaşması, azad sahibkarlıq ideyalarının yaranması və həyata keçirilməsi dövlətçilik konsepsiyasının əsasını təşkil etmişdir. Nəticədə milli-mənəvi dəyərlərə əsaslanan yeni dövlət modeli formalaşmış və əsası qoyulmuşdur. Müasir Azərbaycan cəmiyyətinin, onun humanizm, milli-mənəvi dəyərlərinin formalaşması ulu öndərin əsas xidmətlərindən olmuşdur. Onun yaratdığı müasir Azərbaycan dövləti bu gün xalqa, onun milli maraqlarına şərəflə və ləyaqətlə xidmət edir. Heydər Əliyevin müasir Azərbaycan dövlətini yaratmaq konsepsiyası özünəməxsusluğu ilə seçilir. Ulu öndərin konsepsiyası əsasında həyata keçirilən ciddi liberal və demokratik islahatların nəticəsində siyasi cəhətdən güclü dövlət yaradılmışdır. Heydər Əliyev müasir Azərbaycan cəmiyyətinin və onun mənəvi-əxlaqi dəyərlərinin formalaşması missiyasını da öz üzərinə götürmüş milli liderdir.

Diqqətə çatdırılmışdır ki, Azərbaycanın Avropanın nüfuzlu "Eurovision" mahnı yarışmasında qalib gəlməsi, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 2020-ci il Yay Olimpiya Oyunlarının ev sahibliyinə namizədliyini irəli sürməsi ölkəmizin özünə inamının bariz nümunəsidir. Bu, həmçinin Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident  İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsidir.

Tədbirdə AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov və professor Tofiq Hacıyev ulu öndərin zəngin həyat və fəaliyyətindən söz açmışlar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov