Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

4 May 2012 - №17

 

"Düşüncələrdən rənglərə" adlı fərdi rəsm sərgisi

 

Mayın 1-də T.İsmayılov adına  Uşaq-Gənclər Yaradıcılıq  Sarayının "Uşaq dünyası" qalereyasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin  Xalq Təhsili Muzeyinin təşkilatçılığı ilə respublika və beynəlxalq rəsm müsabiqələrinin qalibi  Tural Həsənovun  "Düşüncələrdən rənglərə" adlı fərdi  rəsm sərgisinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Xalq Təhsili Muzeyinin direktoru  Lalə Bayramova bir çox müsabiqələrin qalibi, müxtəlif illərdə  çoxlu sayda diplom, fəxri fərman və sertifikatların sahibi olan, Bakıdakı 70 nömrəli tam orta məktəbin IX sinfini bitirən, hazırda 4 nömrəli  Bakı  Peşə Liseyinin II kursunda kompüter ixtisası üzrə  təhsil alan  Tural  Həsənovun uğurlarından söz açdı. Bildirildi ki, Təhsil Nazirliyi tərəfindən müxtəlif mövzular üzrə keçirilən müsabiqələrdə  T.Həsənovun  əl işləri nümayiş olunub və  ən yaxşı mükafatlara layiq görülüb. Çıxışlarda vurğulandı ki, gənc istedadları  üzə çıxarmaq, onların inkişafına hərtərəfli şərait yaratmaq, dərin biliyə, yüksək mənəvi keyfiyyətlərə  malik olan gənclər yetişdirmək hər kəsin borcudur. Ölkə rəhbəri  İlham Əliyevin 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə  Dövlət Proqramı (2006-2010-cu illər)" bu işi həyata keçirməyə bir daha təkan verib. Nəticə olduqca uğurlu olub, gənclərimizin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində  çoxlu işlər görülüb.

Sonra Nizami Rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Lalə Qəti 12 yaşından mərkəzin təsviri  incəsənət dərnəyinin üzvü olan, müəllimi  Nərmin Abdullayevanın rəhbərliyi altında rəssamlıq sənətinin incəliklərini, sirlərini öyrənən Turalın  qeyri-adi  istedada malik olduğundan bəhs etdi.  Dedi  ki, onun ən böyük uğuru 7 may 2011-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının  88-ci ildönümünə həsr edilmiş "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda keçirilən rəsm müsabiqəsinin  qalibi adını qazanması oldu. 2008-ci ildə  Yunanıstanda keçirilən  avtoportret müsabiqəsində yaşıdları arasında  I yerə  və qızıl medala layiq görülməsi, eləcə də 2011-ci ildə  Polşada keçirilən uşaq və gənclərin  XVI beynəlxalq rəsm müsabiqəsində  birincilik  qazanması bütün kollektivi sevindirdi.Turalın uğurları, şübhəsiz, bununla bitmir. O, Çexiyada, Yunanıstanda, Hindistanda, Ukraynada, Qazaxıstanda  keçirilən beynəlxalq rəsm müsabiqələrinin də qalibidir.

Mərkəzin direktoru çıxışının sonunda  Tural Həsənovu  yaradıcılıq mərkəzinin mədəni-kütləvi tədbirlərinin  fəal iştirakçısı kimi xüsusi diplomla təbrik edərək ona fotoaparat hədiyyə etdi.

Sonda yeniyetmə  rəssamın rəsm sərgisinə baxış keçirildi. 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov