Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

4 May 2012 - №17

 

"Zəngi" liseyində qaliblərlə görüş

 

Bakıdakı "Zəngi" liseyində  müxtəlif yerli və beynəlxalq yarışlarda, olimpiadalarda fərqlənən, medal və diplomlarla mükafatlandırılan  şagirdlərlə görüş keçirilib.  Liseyin Valideyn-Müəllim Assosiasiyasının  prezidenti  Vüqar Rəhimzadə təhsil ocağının  uğurlarından söz açaraq olimpiada qaliblərini təbrik edib, onların bundan sonra da daha böyük qələbələr qazanacağını  əminliklə vurğulayıb.

Bildirildi ki, liseyin şagirdlərindən  Ətraf  Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-AVRASİYA) qaliblərindən Fidan Abdullayeva və  Rauf Rəhimzadə "Şərq fıstığının ekoloji sirləri" mövzusunun mükafatçıları sırasına daxil olublar. Sonra Vüsalə Babayeva Bolqarıstanda keçirilən musiqi festivalının  "Qran Pri" mükafatına, respublika fənn olimpiadasında  Aytac Dəmirçibəyli biologiya fənni üzrə I,  Adil Rəşidli riyaziyyat fənni üzrə III, Səlim Rəhimzadə Azərbaycan dili fənni üzrə IV yerlərə layiq görülüb. Nigar Nəcəfova olimpiadanın şəhər turunun qalibi olub. Ramin Quluzadə və Vüqar Hacıyev isə  12 aprel kosmonavtika gününə həsr olunan müsabiqədə ən yaxşı təqdimat hazırladıqlarına görə mükafatlandırılıblar.

Tədbirin yekununda şagirdlər  rəngarəng musiqi proqramları ilə çıxış ediblər.

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov