Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

4 May 2012 - №17

 

Veteranlarla görüş

 

Bakıdakı Y.Kovalyov  adına  229 nömrəli tam orta məktəbdə 9 may Qələbə Günü münasibətilə müharibə veteranları ilə görüş keçirilib.  

Tədbirdə  məktəb kollektivi ilə yanaşı 1941-1945-ci illər Böyük Vətən Müharibəsində həlak olanların qohumları, müharibə veteranları, rayon ağsaqqalları, KİV nümayəndələri  və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Dövlət bayrağı səhnəyə gətirilib. Sonra şagirdlərin ifasında Dövlət himni səslənib. Vətənimizin azadlığı uğrunda canlarından keçmiş igid oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Fəridə Bağırova  1941-1945-ci illərdə sovet ordusu tərkibində Azərbaycan oğullarının göstərdikləri şücaətlərindən və qəhrəmanlıqlarından danışıb.

Şagirdlər Vətənə aid şeirlər söyləyib, mahnılar ifa edib və  ədəbi kompozisiya göstəriblər. Çıxış edən veteranlar müharibə illərinin ağrı-acılarından danışaraq xalqımıza sülh və əmin-amanlıq arzu ediblər. Belə tədbirlərin təhsil ocaqlarında keçirilməsi təqdirəlayiq hal kimi qiymətləndirilib.

Tədbirin sonunda müharibə illərində çəkilmiş film göstərilib. Veteranlar məktəb kollektivi ilə xatirə şəkli çəkdiriblər.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov