Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

11 May 2012 - №18

 

Heydər Əliyev Muzeyində növbəti məşğələ

 

Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar olaraq Naxçıvan Dövlət Universitetində keçirilən ənənəvi "Heydər Əliyev ongünlüyü" çərçivəsində silsilə tədbirlər davam etməkdədir. Ali məktəbin nəzdindəki Heydər Əliyev Universitetinin "Heydər Əliyev və Azərbaycan" mövzusuna həsr olunmuş 156-cı məşğələsi də bu münasibətlə təşkil olunmuşdu. Məşğələ Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində keçirildi. Öncə ümummilli liderin Naxçıvan şəhərindəki heykəli ziyarət olundu.

Məşğələdə Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli mövzu ilə bağlı əhatəli məruzə edərək Heydər Əliyevin Azərbaycan xalqı üçün liderlik və xilaskarlıq missiyasını yerinə yetirməsindən danışdı. Natiq dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpası və qorunmasında, ölkənin sosial-iqtisadi tərəqqisində və dünyada tanıdılmasında böyük rol oynamasından bəhs etdi. Məruzədə qeyd olundu ki, ulu öndər fenomenal zəkaya, fitri istedada, analitik təfəkkürə malik unikal şəxsiyyət, vətənpərvərlik, xalqına və dövlətinə sədaqət nümunəsi idi. Akademik, Milli Məclisin deputatı İsa Həbibbəyli bildirdi ki, yeni Azərbaycanın böyük yaradıcısı Heydər Əliyevin dövlətçilik ideyaları bu gün də ləyaqətlə davam etdirilir və yeni nəsillər üçün əsl örnəkdir. Sonda muzeylə tanışlıq oldu. Heydər Əliyev Muzeyinin direktoru Ramin Orucəliyev ümummilli liderin mənalı ömür yolunu və siyasi fəaliyyətini əks etdirən muzeyin fəaliyyəti, buradakı yeni eksponatlar haqqında məlumat verdi. 

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov