Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

11 May 2012 - №18

 

"Müasir elmin aktual problemləri" müzakirə olundu

 

Lənkəran Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş "Müasir elmin aktual problemləri" mövzusunda respublika elmi konfransı keçirilib.

Tədbir iştirakçıları konfransdan əvvəl universitetdə fəaliyyət göstərən Heydər Əliyev muzeyinə baxmış, ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.

Universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov respublika elmi konfransını açaraq, onun məqsəd və vəzifələrindən danışmış, işinə uğurlar arzulamışdır.

Universitetin rektoru, professor Asəf İsgəndərov konfransın plenar iclasında "Heydər Əliyev siyasəti və onun uğurlu davamının işığında" mövzusunda məruzə etdi. Məruzəçi ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaranmasında, möhkəmlənməsində və dünya ölkələri arasında tanınmasında tarixi xidmətlərindən danışdı. Müasir elmin aktual problemlərindən danışan rektor elm və təhsil sahəsində qazanılan nailiyyətlərin ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu, ulu öndərin siyasi kursunun dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdi.

Konfrans iştirakçılarına 1991-ci ildən fəaliyyət göstərən Lənkəran Dövlət Universiteti haqqında ətraflı məlumat verildi. Konfrans öz işini "Təbiyyat elmləri", "Humanitar elmlər", "İqtisadiyyat və idarəetmə elmləri" bölmələrində davam etdirdi. "Heydər Əliyev və Azərbaycanın inkişaf strategiyası", "Təhsil islahatları Heydər Əliyevin milli siyasətinin tərkib hissəsidir", "Azərbaycanın milli inkişaf modeli" və s. mövzularda 150-dək məruzə dinlənildi və təhlil edildi.

Məruzələrdə dahi rəhbər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti və bu siyasətin uğurla aparılmasına dair məsələlər öz əksini tapmiş, fikir mübadiləsi aparılmışdır.

Sonda bölmə sədrləri rəhbərlik etdikləri bölmələr haqqında məlumat verdilər.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Lənkəran Dövlət Universiteti və AMEA-nın Lənkəran Regional Elm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Qafqaz Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və respublikamızın digər ali məktəblərinin nümayəndələri, qonşu rayonların elm, təhsil müəssisələrinin və Lənkəran ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.     

Hacı Etibar ƏHƏDOV,
Lənkəran Dövlət Universiteti Mətbuat və informasiya xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov