Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

11 May 2012 - №18

 

"Dilimiz milli varlığımızdır"

 

Vətənimizin hər bir guşəsində olduğu kimi, Salyan rayonunun A.Kərimov adına Boranıkənd kənd tam orta məktəbində də ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə "Dilimiz milli varlığımızdır" adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru R.Quliyev açaraq, ulu öndər,  dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycanın qurucusu  Heydər Əliyevin Azərbaycan dilinə, Azərbaycan təhsilinə göstərdiyi böyük diqqət və qayğıdan danışıb.

Sonra məktəb şagirdlərinin dil haqqında bilik yarışı olub. Onlar ümummilli lider Heydər Əliyevin, Şah İsmayıl Xətainin, Firudin bəy Köçərlinin Azərbaycan dili haqqında müdrik fikirlərini və şairlərimizin  şeirlərindən nümunələr söyləyiblər.

Bu maraqlı yarışda  V və VII sinif şagirdləri fərqləniblər. Dil-ədəbiyyat müəllimi A.Babayevanın əməyi də məktəb rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. 

Aysel SƏLİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov