Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

11 May 2012 - №18

 

Astara Pedaqoji Kollecində elmi-praktik konfrans

 

Astara Pedaqoji Kollecində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş "Heydər Əliyevin  elm və təhsilin inkişafında rolu" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, məktəb direktorları, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev kollecdə istedadlı tələbələrin əl işlərindən ibarət sərgiyə baxmış, tələbə və müəllim kollektivi ilə görüşmüş, fənn-tədris kabinetlərində, kitabxanada, kompüter mərkəzində olmuş və bir neçə müəllimin dərsində iştirak etmişdir. 

Konfrans iştirakçıları ulu öndərin şəhərin mərkəzindəki abidəsini ziyarət etmiş və abidə önünə tər çiçək dəstələri qoymuşlar. Sonra kollecdə qonaqlar tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış olmuş, tədris korpusunun birinci mərtəbəsində yaradılmış "Heydər Əliyev" guşəsinə baxmışlar. Konfrans akt zalında öz işinə başlamışdır.

Konfransı giriş sözü ilə kollecin direktoru, fəlsəfə doktoru, əməkdar müəllim, dosent Əlihəsən Həmzəyev açaraq qeyd etmişdir ki Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin əməlləri, misilsiz tarixi xidmətləri Vətənin, millətin təkcə bu gününə deyil, həm də sabahına, gələcəyinə hesablanmışdır. Tarix sübut edib ki, yalnız Heydər Əliyev kimi rəhbərlər xalqın həyatında dərin iz qoya bilər. 

Kollecin tarix müəllimi Ruslan Əliyev "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin yaradıcısı və qurucusudur", Azərbaycan dili və ədəbiyyat müəllimi Arzu Hüseynova "Heydər Əliyev və Azərbaycan dili" mövzularında məruzə etmişlər.

Məruzələr ətrafında kollec gənclər təşkilatının sədri, müəllim Nigar Məmmədova, tarix müəllimi Möhübbət Eyvazov, Azərbaycan Müəllimlər İnstitutunun müəllimi, fəlsəfə doktoru Şahrza Ağayev, rayon ağsaqqallar şurasının sədri Hamlet Əliyev, rayon təhsil şöbəsinin müdir müavini Faiq Həsənov, rayon mədəniyyət şöbəsinin məsul işçisi Əfqan Şəfiyev, rayon icra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini, YAP Astara rayon təşkilatının sədri Natiq İbadov çıxış edərək ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın memarı və qurucusu kimi misilsiz tarixi xidmətlərindən danışmışlar. 

Tələbələrin ifasında ədəbi-bədii kompozisiya konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

Kollecin direktoru Ə.Həmzəyev konfransı yekunlaşdıraraq qeyd etmişdir ki, təhsil ocağının tələbə və müəllim kollektivi ulu öndərimizin ideyalarına sadiq qalaraq yüksək təhsil göstəriciləri ilə Azərbaycanın uğur və inkişaf strategiyasına öz layiqli töhfəsini verməyə çalışır, Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bundan sonra da böyük uğurlar qazanacağına, daha güclü və qüdrətli dövlətə çevriləcəyinə ürəkdən inanır.  

Azad ABDULLAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov