Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

11 May 2012 - №18

 

Birincilərin "Eurovision-2012" həyəcanı

 

İndi hamı yaxın günlərdə paytaxtımızda keçiriləcək "Eurovision-2012"dən danışır, hər yerdə bu möhtəşəm mahnı yarışmasının başlanmasını böyük səbirsizliklə gözləyirlər. Cəmiyyətimizin bütün təbəqələrindən olan insanlar kimi uşaqlar da beynəlxalq yarışmada ötənilki qələbəmizin sevincini yaşayır, "Eurovision-2012"nin Azərbaycanda keçirilməsindən qürur duyurlar. Bunu mayın 7-də Bakıdakı 8 nömrəli tam orta məktəbdə I "c" sinif şagirdlərinin keçirdikləri "Eurovision-2012"yə həsr olunmuş tədbirdə bir daha görüb hiss etdik. Yarışmanın imitasiyası şəklində qurulmuş maraqlı tədbirdə uşaqlar əsl "Eurovision-2012"  həyəcanını yaşadılar. Tədbir şagird aparıcılar - Daniil Kuzmenko və Sertab Salmanlının yarışma haqqında qısa məlumatları, "Eurovision-2012"-nin loqosu və mahnısının slaydlar vasitəsi ilə  ekranda nümayişi və səsləndirilməsi ilə başlandı. İlk səhnədə birincilər müasir rəqs ifa etdilər. Sonra "xarici ölkə nümayəndələrinin" çıxışları oldu. Xarici ölkə təmsilçilərinin rollarını şagirdlərdən Mələk, Pramdjit ifa edirdilər. Minaxanım, Mələk, Zaxra, Asma, Sabrina və Cəmilənin ifasında "rus nənələri"nin çıxışı isə hamının ürəyincə oldu.

Sonra milli adət və ənənələrimizi əks etdirən slaydlar nümayiş etdirildi. Proqramın bu bölməsində tamaşaçılara "Qarabağ şikəstəsi", milli rəqslər təqdim olundu. Nihat, Mais və Fəridin "İgidlər" səhnəciyi, balaca rəqqasların qəhrəmanlıq motivli rəqsləri də tədbir iştirakçılarına xoş anlar yaşatdı...

Tədbir birincilərin şeirlər söyləmələri, maraqlı səhnəciklər göstərmələri ilə davam etdi. Sonda məktəbin direktoru Aytən Baxşıyeva, direktor müavini Sevinc Əliyeva çıxış edərək uşaqların çıxışlarını çox bəyəndiklərini, onlarla birlikdə əsl "Eurovision" sevinc və həyəcanını yaşadıqlarını bildirdilər, belə maraqlı tədbir hazırladığı üçün I "c" sinfinin rəhbəri Səbinə Yusubovaya təşəkkür etdilər. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov