Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

11 May 2012 - №18

 

"Sağlam həyat tərzi gənclərin gözü ilə"

 

Bu günlərdə Azərbaycan Dillər Universitetində mülki müdafiə kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə "Sağlam həyat tərzi gənclərin gözü ilə" mövzusunda tədbir keçirildi. Tədbirdə   Nazirlər Kabinetinin, Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Regional Psixologiya Mərkəzinin  nümayəndələri  və universitetin tələbə-müəllim heyəti iştirak edirdi.

ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev çıxış edərək gənclərin sağlam həyat tərzinin formalaşmasına dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini bildirdi.  Tələbələrin sağlam həyat tərzinə uyğunlaşması istiqamətində belə tədbirlərin əhəmiyyətindən danışan Ə.Əliyev maarifləndirmə işinin bu sahədə önəmli rol oynadığını diqqətə çatdırdı. Zərərli vərdişlərin yayılmasının qarşısının alınması istiqamətində keçiriləcək tədbirlərlə bağlı Nazirlər Kabinetinə müraciət edildiyi  və bu təşəbbüsə dəstək verildiyi qeyd edildi.

Sonra 1 saylı İngilis dili və regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələrinin ifasında "İtirilmiş həyatlar" adlı tamaşa nümayiş etdirildi.

Gənclərin üzləşdiyi problemlərin obrazlı şəkildə canlandırılmasını yüksək qiymətləndirən Regional Psixologiya Mərkəzinin psixoloqu Mehriban Qafarova  bu kimi tədbirlərin psixoloji tərbiyə mühitində önəmli rol oynadığını vurğuladı.

Təhsil Nazirliyinin baş məsləhətçisi Elnur Əlizadə  çıxışında zərərli vərdişlərlə mübarizədə ADU-nun tələbələrinin yenilikçi ideyalarının təsiredici xarakterə malik olduğunu bildirdi. Yeni maarifləndirmə üsullarının ənənəvi metodlardan daha  effektiv olduğu tədbir iştirakçılarının diqqətinə çatdırıldı.  

Tədbir diskussiya ilə başa çatdı. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov