Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

11 May 2012 - №18

 

Gənc məktəbin böyük uğurları

 

2003-cü ildə ulu öndər Heydər Əliyev yeni məktəblərin, mövcud məktəblərə əlavə korpusların tikintisi və əsaslı təmiri üzrə Dövlət Proqramının qəbul edilməsi ilə bağlı sərəncam imzaladı. Bu sərəncamdan sonra ölkədə məktəb tikintisi geniş vüsət almağa başladı.

Ulu öndərin siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəldiyi vaxtdan məktəb tikintisinə diqqət daha da artırıldı. 2003-2008-ci illərdə  cənab Prezidentin diqqət və qayğısı sayəsində respublikada  300 min yerlik 1360 yeni məktəb binası tikilib istifadəyə verildi. Həmin məktəblərdən biri də Hacıqabul şəhər 8 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydir.

15 sentyabr 2008-ci ildə fəaliyyətə başlayan bu məktəb-lisey çox gənc olmasına baxmayaraq, verdiyi təhsilin səviyyəsinə, bütün təlim-tərbiyə işlərinin keyfiyyətli təşkilinə, şagirdlərin hazırlığına görə rayonun qabaqcıl məktəblərindən hesab olunur.

Məktəbin müəllimləri müasir dərs üsullarını və yeni texnologiyaları daha dərindən öyrənir, onları dərslərində tətbiq etməyə çalışırlar. Məktəbdə təhsilin keyfiyyətini daha da yüksəltmək  məqsədilə nümunəvi dərslər, dərs dinləmələr, bilik yarışları keçirilir.

Məktəbin şagirdləri hər il istər rayon, istərsə də respublika səviyyəli inşa müsabiqələrində, fənn yarışmalarında fəal iştirak edirlər. Belə ki, məktəbin məzunu Aysel Ələkbərova 2010-2011-ci tədris ilində "Gələcək nəsillərlə üz-üzə"  III ümumrespublika inşa müsabiqəsinin qalibi olmuşdur. Məktəbin yetirmələri respublika fənn olimpiadalarında  da artıq öz bilik  və bacarıqları  ilə  fərqlənirlər.

2009-2010-cu tədris ilində Aysel Ələkbərova respublika fənn olimpiadasında tarix fənni üzrə, 2010-2011-ci tədris ilində isə biologiya fənni üzrə həvəsləndirici yerlərə layiq görülmüşdür.

2011-2012-ci tədris ilində gənc məktəb daha böyük uğurlara imza atdı. Məktəbin iki şagirdi - Aydın Şükürlü respublika fənn olimpiadalarında tarix fənni üzrə III yerə, Şirin Mehdiyeva isə kimya fənni üzrə həvəsləndirici yerə layiq görüldülər.

Məktəblilər hərbi-vətənpərvərlik istiqamətində keçirilən idman oyunlarında, idmanın müxtəlif növləri üzrə rayon və respublika turnirlərində, yarışlarda böyük uğurla çıxış edirlər.

2008-2009-cu tədris ilində "Şahin" hərbi-idman oyunlarının zona turunda II yerə layiq görülmüş məktəbin komandası respublika final yarışlarında iştirak etmək hüququ qazanmış, həmin mərhələdə də uğurlu iştirakına görə Təhsil Nazirliyinin diplomu ilə təltif edilmişdir.

Məktəb 2011-2012-ci tədris ilində rayonda keçirilən "Azərbaycan dili və ədəbiyyat" aylığı çərçivəsində sinifdənxaric işlər üzrə I yerə layiq görülmüşdür.  

Y.MƏMMƏDOVA,
Hacıqabul şəhər 8 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin
Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov