Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

11 May 2012 - №18

 

Məktəbimizin şagirdləri Bakıda ekskursiyada olublar

 

Xudat şəhər N.Nərimanov adına 2 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirlər keçirmək bir ənənə halını alıb. Elə bu günlərdə məktəbin  direktor müavinləri Sevda İskəndərova və Cabir Ələkbərovun rəhbərliyi ilə bir qrup şagirdimizin Bakı şəhərinə etdiyi ekskursiya da müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunub.

Şagirdlər əvvəlcə Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarları önünə tər çiçəklər düzərək xatirələrini ehtiramla yad ediblər. Onlar dünya şöhrətli bu insanı xatırlayaraq bir daha yəqin ediblər ki, ulu öndərin bütün fəaliyyətinin, atdığı addımların mahiyyəti yalnız xalqına xidmət etmək arzusundan doğurdu. İşıqlı gələcəyimiz naminə ulu öndərin zəngin irsini öyrənmək, onun əbədiyaşar ideyalarına sədaqətlə əməl etmək hər birimizin borcudur...

Sonra şagirdlər  Şəhidlər xiyabanında uyuyan Vətən oğullarımızın məzarlarını ziyarət etmiş, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun, turk əsgərlərinin şərəfinə ucaldılmış abidələri önünə tər çiçəklər qoyublar. Məktəblilər Dağüstü parkdan "Eurovision-2012" kompleksini seyr ediblər. Eyni zamanda onlar anbaan, günbəgün gözəlləşən Bakının tarixi abidələrini, görməli yerlərini də gəziblər.  

Nəzakət KƏRİMOVA,
Xudat şəhər N.Nərimanov adına
2 nömrəli tam   orta məktəbin müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov