Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

11 May 2012 - №18

 

Kiçik Akademiyanın elmi-praktik konfransı

 

 Bakıdakı 191 nömrəli tam orta məktəbdə istedadlı şagirdlərin Kiçik Akademiyasının ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş II elmi-praktik konfransı keçirilib. Bir neçə  bölmə üzrə baxış müsabiqəsində iştirak edən 79 yaradıcı işdən 8-i yekun konfransa təqdim olunub.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəhimə Əliyeva  konfransın məqsəd və vəzifələri haqqında iştirakçılara məlumat verib. Azərbaycan Respublikasının Dövlət himni səslənib. Tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində istedadlı şagirdlərin əl işləri, tətbiqi sənət nümunələri  və rəsm sərgisi  ilə tanış  olublar.

Sonra konfransda   müxtəlif mövzularda məruzələr dinlənilib, musiqi və ifaçılıq üzrə  istedadlı şagirdlərin  çıxışları nümayiş etdirilib.

Tədbirdə BDU-nun professorları Məcnun  Babayev, Şövqi Göyçayi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri  Nadir Əliyev, Sitarə Məmmədova və başqaları  çıxış edərək   hər bir şagirdin yaradıcı  işini   yüksək qiymətləndirib, müəllim və şagird kollektivinə  uğurlar diləyiblər.

Sonda məruzə-təqdimatla  çıxış edən şagirdlər, onların yaradıcı işlərinə rəhbərlik edən   müəllimlər diplom və fəxri fərmanla təltif  ediliblər.  

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov