Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

11 May 2012 - №18

 

Dayaq məntəqələrində işin təşkilinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması

 

 Bu günlərdə Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında "Müasir təlim texnologiyaları və dayaq məntəqələrində işin təşkilinin təkmilləşdirilməsi səmərəliliyinin artırılması" mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirdə Xaçmaz, Şabran, Quba və Qusar RTŞ-nin əməkdaşları, dayaq məntəqə rəhbərləri, qabaqcıl müəllimlər iştirak ediblər.

Konfransı giriş sözü ilə AMİ-nin Quba filialının əlavə təhsil üzrə direktor müavini Nurbala Süleymanov açaraq dayaq məntəqələri barədə məlumat verərək onun pedaqoji və metodiki istiqamətlərindən danışıb.

Sonra riyaziyyat üzrə fəlsəfə doktoru Əmirağa Şıxəmmədov "Əlavə təhsilin təşkilində dayaq məntəqələrində aparılan işin forma və məzmunu", əlavə təhsilə xidmət edən kabinetin müdiri Nübar Bayramova "Milli Kurikulumun tətbiqində ixtisasartırma kurslarının rolu", biologiya üzrə fəlsəfə doktoru Baba Cəfərov "Tədrisin səmərə və keyfiyyətinin yüksəldilməsində interaktiv təlimdən istifadə" mövzularında çıxış ediblər.

Dayaq məntəqə rəhbərləri  bu sahədə öz iş təcrübələrindən təqdimatlar ediblər. Müəllimlərin peşəkarlıq fəaliyyətinin yüksəldilməsində, ibtidai siniflərdə interaktiv təlim metodlarının tətbiqində, ədəbiyyat, riyaziyyat, fizika, tarix, biologiya dərsliklərində müasir təlim texnologiyalarından istifadə olunmasında dayaq məntəqələrinin roluna dair iş təcrübələri dinlənilib, irəli sürülmiş rəy və təkliflər nəzərə alınıb.       

ƏDALƏT

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov