Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

11 May 2012 - №18

 

Ənvərin adı Azərbaycanın gənc istedadlarının  "Qızıl kitabı"na yazılıb

 

    1998-ci il   fevralın 22-də  Bakıda  dünyaya göz açan Ənvər Kərimov  doğulduğu  gündən evdə musiqi səsi eşidib. Anası, əməkdar artist  Töhvə Kərimovanın ifa etdiyi  musiqilər sanki balaca  Ənvərin ilk laylaları olub. Beləcə, illər ötdükcə  musiqi sədaları altında o, böyüyüb boya-başa çatıb. Musiqinin sehrindən ayrıla bilməyən, istedad və bacarığı ilə hələ uşaq ikən fərqlənən balaca Ənvər nəhayət, 2007-ci ildə  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının orta ixtisas musiqi məktəb studiyasının truba ixtisası üzrə  Azərbaycan Respublikasının əməkdar artisti Vladislav Kuznesovun sinfinə daxil olub. Burada təhsil aldığı illərdə o, dəfələrlə  rəngarəng konsert proqramları ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində, Bakı Musiqi Akademiyasının böyük və Kapelxauz Kamera Musiqi zallarında çıxış edib.15 dekabr 2011-ci ildə isə Ənvər  Musiqi Akademiyasının 90 illiyinə həsr olunmuş  konsertdə öz məharətini göstərib.   Həmin il o, Bakıda keçirilən nəfəs və zərb alətləri  ifaçılarının II Respublika müsabiqəsinin  laureatı olaraq  I yeri  qazanıb. Bolqarıstanın Stara Zaqora şəhərində keçirilən  VI Beynəlxalq müsabiqədə  I yerlə mükafatlandırılıb.

Hazırda  Ənvər Kərimov Azərbaycanın xalq artisti T.Göyçayevin bədii rəhbərliyi altında  Gənclər  simfonik orkestrinin  və Azərbaycanın əməkdar artisti V.Kuznesovun bədii rəhbərliyi altında fəaliyyət göstərən "Golden Brass" mis nəfəs alətləri ansamblının solistidir. O, gözəl, əsrarəngiz səsə və parlaq texnikaya malikdir.

 Hazırda yeniyetmə musiqiçi Üzeyir Hacıbəyli adına  Bakı Musiqi Akademiyasının orta ixtisas musiqi məktəb studiyasının 5-ci və Bakıdakı 47 nömrəli  tam orta məktəbin 8-ci siniflərinin şagirdidir. Dərslərini yaxşı oxuyur. Ən çox sevdiyi fənn riyaziyyatdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  29 mart 2012-ci il tarixdə  imzaladığı  "Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında" Sərəncamı ilə  Ənvər  Kərimovun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılmaqla o, xüsusi aylıq təqaüdə layiq görülüb. 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov