Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

11 May 2012 - №18

 

Şirvan məktəblilərinin mini-futbol üzrə şəhər birinciliyi

 

Şirvan şəhər 14 nömrəli beynəlmiləl tam orta məktəbin müəllimi, beynəlxalq dərəcəli hakim Vaqif Gözəlovdan aldığımız məlumatda bildirilir ki, bu günlərdə rayonun orta ümumtəhsil məktəblərinin V-VIII sinif şagirdləri arasında mini-futbol üzrə şəhər birinciliyi keçirilib.

Olimpiya sistemi üzrə təşkil olunan yarışa Şirvan Şəhər Gənclər və İdman İdarəsinin mini-futbol meydançasında start verilib. Turnirin çempionu olmaq uğrunda 1, 2, 4  9, 10, 11, 14, 16, 18, 20 və 21 nömrəli tam orta məktəblərin komandaları mübarizə aparıblar.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın finalında Sadıx Hüseynov adına 1 nömrəli və Arif Hüseynzadə adına 4 nömrəli tam orta məktəblərin şagirdləri I-II yerləri bölüşdürüblər. Elçin İmanov adına 10 nömrəli tam orta məktəbin futbolçuları isə III yeri qazanıblar.

Qalib komandalar Şirvan Şəhər Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və hədiyyələrlə təltif olunublar. 

ƏDALƏT

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov