Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 May 2012 - №20

 

BDU-da Azərbaycan-Koreya məlumat mərkəzinin yenilənməsinə dair müqavilə imzalanıb

 

Koreya Milli İnformasiya Cəmiyyətinin nümayəndələri Bakı Dövlət Universitetində olublar. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən birinin  Cənubi Koreya olduğuna diqqət çəkib, ölkələrarası əlaqələrin bütün istiqamətlər üzrə inkişaf etməsindən məmnunluq ifadə edib. Eyni zamanda rektor BDU haqqında məlumat verib, universitetin beynəlxalq əlaqələrindən, qrant və proqramlardan danışıb. BDU-da tədris olunan Koreya dili və ədəbiyyatından söz açan rektor hazırda dövlət proqramına uyğun olaraq 50 nəfərdən çox tələbənin Koreyanın müxtəlif universitetlərində oxuduğunu bildirib.

Qəbul üçün rektora təşəkkür edən Koreya Milli İnformasiya Cəmiyyətinin icraçı direktoru Myungha Hong bildirib ki, səfərdə məqsəd 4 il əvvəl BDU-da yaradılmış Azərbaycan-Koreya məlumat mərkəzinin monitorinqini aparmaqdır. Mərkəzlə tanış olduqdan sonra qonaqlar mərkəzin kompüter sisteminin yenilənməsi, videokonfrans və virtual universitetin yaradılması qərarına gəliblər.

Qonaqların təkliflərini qəbul edən rektor BDU tərəfindən onlara bütün işlərdə dəstək veriləcəyini bildirib.

Sonda bütün bu dəyişiklikləri nəzərdə tutan müqavilə imzalanıb.  

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov