Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 May 2012 - №20

 

Tanınmış alimin 60 illik yubileyi qeyd edilib

 

Naxçıvan Dövlət Universitetində fəlsəfə elmləri doktoru, professor, əməkdar müəllim Məmməd Rzayevin anadan olmasının 60 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilmişdir.

Yubiley mərasimini giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli professor Məmməd Rzayevin elmi-pedaqoji fəaliyyətindən, təşkilatçılıq qabiliyyətindən, muxtar respublikanın ictimai həyatındakı fəal iştirakindan bəhs etmişdir. Qeyd olunmuşdur ki, 1997-ci ildən bu günə kimi tərbiyə işləri üzrə prorektor kimi çalışan Məmməd Rzayevin universitetdə elm, təhsil, mədəniyyət və idmanın inkişafında, gənc nəslin əxlaqi-mənəvi tərbiyəsi, onlarda ideoloji fikrin, milli mənəvi dəyərlərin və müasir düşüncə tərzinin formalaşmasında özünəməxsus xidmətləri var. Fəlsəfənin aktual problemlərinə həsr olunmuş dəyərli elmi tədqiqatları ilə ölkəmizin hüdudlarından kənarda da tanınan Məmmd Rzayev Azərbaycanda şəxsiyyətin fəlsəfəsi elmi istiqamətinin yaradıcısıdır. Rektor, akademik İsa Həbibbəyli yubilyarın gözəl pedaqoq, sədaqətli dost və əqidə yoldaşı, humanist insan kimi müsbət məziyyətlərindən də söz açmış, kollektiv adından səmimi təbrik etmişdir.

Universitetin fəlsəfə və politologiya kafedrasının müdiri, fəlsəfə doktoru, dosent Novruzəli Rəhimov fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayevin həyat yolu və elmi-pedaqoji fəaliyyəti barədə ətraflı məruzə etmişdir.

Tədbirdə AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənov, Naxçıvan şəhər 705 nömrəli hərbi hissə tam orta məktəbinin direktoru, əməkdar müəllim Nazim Bayramov, Naxçıvan Dövlət Universitetinin sosial idarəetmə və hüquq  fakültəsinin dekanı, fəlsəfə doktoru, dosent Qərib Allahverdiyev, "Qeyrət" nəşriyyatının müdiri, tarix üzrə fəlsəfə doktoru, şair-publisist Vaqif Məmmədov, Tələbə Gənclər Təşkilatının sədri, beynəlxalq münasibətlər ixtisası üzrə IV kurs tələbəsi Nargilə Əsədova, yubilyarın oğlu Tural Rzayev çıxış edərək alim pedaqoqun fəlsəfənin tədqiqində və tədrisində, universitetdə təlim-tərbiyə işinin təşkilində layiqli yer tutduğunu, öz şəxsi nüfuzu ilə müəllim-tələbə kollektivinin sevimlisinə çevrildiyini bildirmışlər. Yubilyara xoş ürək sözlərini çatdıran həmkarları və dostları, tələbələri ömrün bu kamillik zirvəsində ona yeni-yeni uğurlar arzu ediblər.

Sonda professor Məmməd Rzayev çıxış edərək universitet rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirmiş, ölkədə elm və təhsil sahəsində aparılan uğurlu islahatlardan, ömür yolunda iz qoymuş xoş xatirələrdən danışmışdır.

Yubiley mərasimində professor Məmməd Rzayevin həyat və fəaliyyətini əks etdirən kitab sərgisi, slaydlar nümayiş olunmuşdur. 

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov