Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

1 İyun 2012 - №21

 

Uşaqların bayram sevinci

 

Bakının Səbail rayonunda yerləşən 85 nömrəli körpələr evi-uşaq bağçasında  1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş mərasim keçirildi. Tədbiri giriş sözü ilə açan bağçanın müdiri  Kəmalə Abbasova balaca fidanları və valideynləri əlamətdar gün münasibətilə təbrik edərək  onlara xoş arzularını bildirdi. K.Abbasova möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizdə təhsilin ilkin pilləsi sayılan məktəbəqədər təhsilə göstərdiyi diqqət və qayğıdan söz açdı. O, bu tədbirdə 22 uşağın artıq bağçaya "əlvida" deyərək I sinfə yola salındığını  vurğuladı. Eyni zamanda uşaqların tərbiyəsində böyük əməyi olan tərbiyəçilər Gülbacı Mahmudova, Sultanxanım Mehrəliyeva və Namidə  Quliyevanın da  əməyini yüksək qiymətləndirdi.

Tədbirdə  çıxış edən valideynlər uşaqlar üçün yaradılan şəraitdən razı qaldıqlarını bildirərək bağçanın  rəhbərliyinə və  kollektivinə  minnətdarlıq etdilər.

Həmin gün   balaca fidanlar vətənə, bağçaya və müəllimə aid şeir söylədilər, mahnı oxudular və  rəqs etdilər.

Sonda uşaqlar öz sevimli müəllimləri ilə xatirə şəkli çəkdirməyi də unutmadılar. 

Şakir CƏFƏROV 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov