Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

1 İyun 2012 - №21

 

9 yaşlı azərbaycanlı pianoçu Parisdə beynəlxalq müsabiqənin qalibi olub

 

Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının fortepiano şöbəsinin IV sinfində təhsil alan 9 yaşlı Züleyxa Abdullayeva Parisdə keçirilən  Nikolay  Rubenşteyn adına XI Beynəlxalq piano musiqi müsabiqəsində iştirak edərək qalib adını qazanıb.  25 ölkənin nümayəndələrinin iştirak etdiyi  müsabiqədə  Azərbaycanı layiqincə təmsil edən Züleyxa  K.A.Debüssinin "N-1 Arabeska", P.İ.Çaykovskinin "Şirin duyğular", İ.S. Baxın "İkisəsli invensiya"sını və Çerninin "Etüd" əsərlərini məharətlə  ifa edib.

Balaca müsahibim  ilə söhbət  zamanı məlum oldu ki, bu istedadı və bacarığı ilə yaşıdlarından fərqlənən Züleyxanın ilk uğuru deyil. O, ötən ilin iyununda İtaliyada keçirilən XIV Beynəlxalq musiqi  müsabiqəsində  də birincilik qazanaraq Pyetro Arcento adına təqaüdə layiq görülüb. Dəfələrlə müxtəlif tədbirlərdə, şənliklərdə bacarıqla çıxış edib.

Züleyxa asudə vaxtlarında bədii kitablar oxumağı çox sevir O, doğma ana dilimizlə yanaşı, ingilis dilini də mükəmməl öyrənməyə çalışır. Müəllimlərinin diqqətini çəkən Züleyxa dərslərindən də "əla" qiymətlər alır.

Şirmayı barmaqları ilə pianonun dillərini şövqlə dilləndirən bu balaca qız qazandığı bütün uğurlara görə  müəllimi Nigar Nəcəfovaya borclu olduğunu bildirdi. Özünə güvənən, klassik musiqinin sirlərinə dərindən yiyələnən  Züleyxanın parlaq gələcəyinə böyük ümidlər var.  

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov