Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

1 İyun 2012 - №21

 

"Gənc istedadlar" liseyində son zəng

 

Mayın 31-də Bakı Dövlət Universitetinin nəzdindəki  "Gənc istedadlar" liseyində "Son zəng" mərasimi keçirildi. Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov, Təhsil Nazirliyinin nümayəndəsi Adilə Mahmudova, liseyin Valideynlər Komitəsinin sədri, şair Oqtay Zəngilanlı, müəllim-şagird kollektivi, valideynlər və digər şəxslər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan akademik Abel Məhərrəmov məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzuladı. Qeyd etdi ki, lisey artıq dördüncü ildir ki, məzunlarını Azərbaycan cəmiyyətinə yola salır. Liseyi bitirən məzunların qəbul imtahanlarında yüksək nəticələr göstərdiyini qeyd edən A.Məhərrəmov həmin göstəricinin bu il də təkrar olunacağına ümid bəslədiyini bildirdi. Rektor qeyd etdi ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının statistik məlumatına əsasən liseyin 2009, 2010 və 2011-ci il məzunları topladıqları orta bala və düzgün cavabların faizinə görə respublikada birinci olmuşdur. Dövlət tərəfindən təhsilə göstərilən qayğıdan söz açan rektor ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə aparılan islahatları yüksək qiymətləndirərək məzunlara bu imkanlardan maksimum dərəcədə faydalanmağı tövsiyə etdi. Liseyin məzunlarının böyük tarixə malik olan BDU-nun adını və şərəfini hər yerdə ləyaqətlə daşıyacaqlarına inandığını vurğulayan A.Məhərrəmov təhsil müəssisəsinin 2011-2012-ci tədris ili ərəfəsində bir çox nailiyyətlər əldə etdiyini nəzərə çatdırdı. Bildirdi ki, liseyin şagirdi Sona Quluzadə Qazaxıstanda keçirilən Beynəlxalq Mendeleyev Olimpiadasında bürünc medala layiq görülmüş, liseyin şagirdləri Mahirə Səfərəlizadə və Arif Bayramov ABŞ-da keçirilən "Sabahın alimləri" Beynəlxalq müsabiqədə iştirak etmiş, Nərmin Abbasova isə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibi olmuşdur.

Tədbirdə çıxış edən liseyin direktoru, professor Qasım Hüseynov qonaqları salamlayaraq məzunlara qarşıdan gələn imtahanlarda müvəffəqiyyətlər arzuladı. Q.Hüseynov lisey haqqında məlumat verərək qeyd etdi ki, bu il təhsil ocağını 42 şagird bitirir. Onlardan 28 nəfərinin Azərbaycan, 14 nəfərinin isə rus bölməsinin şagirdləri olduğunu bildirən professor liseyin builki məzunlarının da yüksək nəticələr göstərərək nüfuzlu ali təhsil müəssisələrinə daxil olacaqlarına ümidvar olduğunu qeyd etdi. Məzunları və onların valideynlərini əlamətdar gün münasibətilə təbrik edən Q.Hüseynov onlara ölkəmizə layiqli vətəndaş və şəxsiyyət olmalarını, daim çalışmağı tövsiyə etdi.

Digər çıxış edənlər də məzunları təbrik edərək onlara uğurlar arzuladılar.

Tədbirə Dövlət himnimizin sədaları altında Dövlət bayrağı və BDU-nun bayrağı gətirildi. Şagirdlərin hazırladıqları bədii hissədən sonra rəmzi açar onunculara verildi, son zəng səsləndi. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov