Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

8 İyun 2012 - №22

 

Misirin Ayn-Şəms Universitetində Azərbaycan dili uğurla tədris olunur

 

İyunun 1-də Azərbaycanın Misirdəki səfirliyində Ayn-Şəms Universitetində Azərbaycan dilini öyrənən, məzun olmuş, Azərbaycan dili üzrə imtahanlarda yüksək nəticə göstərmiş tələbələr və onların valideynləri ilə görüş keçirilmişdir.

Azərbaycanın Misirdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, səfir Ş.Abdullayev Azərbaycan dilinə və mədəniyyətinə göstərdikləri marağa və böyük həvəslə dilimizi öyrəndiklərinə görə tələbələrə təşəkkür etmişdir. Diplomat səfirliyin bundan sonra da tələbələrə və tədris proqramının inkişafına lazımı yardım və dəstək göstərəcəyini bildirmişdir.

Səfir imtahanlarda ən yüksək nəticə əldə etmiş tələbələrin Azərbaycan ilə daha yaxından tanış olmaları üçün Gənclər və İdman Nazirliyinin xətti ilə bu ilin avqustunda ölkəmizə səfərinin təşkil ediləcəyini diqqətə çatdırmışdır.

Görüşdə tələbələrə şəhadətnamə və Azərbaycan dilini tədris edən azərbaycanşünas və türkoloq alim, doktor Əhməd Samiyə isə təşəkkürnamə verilmişdir.

Artıq iki ildən çoxdur ki, səfirliyin dəstəyi ilə Misirin Ayn-Şəms Universitetinin ədəbiyyat fakültəsində universitetin tədris proqramının tərkib hissəsi kimi Azərbaycan dili tədris olunur.

Dərs proqramı yalnız Azərbaycan dili ilə məhdudlaşmır. Tədris prosesində tələbələrə Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, incəsənəti haqqında da məlumat verilir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov