Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

8 İyun 2012 - №22

 

İngilis dili gecəsi

 

İmişli şəhər A.Eminov adına 7 nömrəli tam orta məktəbin ingilis dili fənni üzrə metodbirləşmə rəhbəri Ellada Səfərovanın verdiyi məlumatda bildirilir ki, məktəbdə XIX əsr ingilis ədəbiyyatının görkəmli nümayəndələrindən biri Çarlz Dikkensin 200 illik yubileyinə həsr olunan ingilis dili gecəsi keçirilib.

Müəllimlərin, şagirdlərin, Sülh Korpusu könüllüsünün və valideynlərin iştirak etdiyi tədbiri məktəbin direktoru Əlizadə İbrahimov açaraq iştirakçıları salamlayıb və ingilis dilinin əhəmiyyətindən danışıb.

Aparıcılar IX "c" sinif şagirdləri Dilarə Əliyeva və Orxan Cavadlı gecənin əhəmiyyətindən, ingilis dilinin dünya dilləri arasındakı rolundan bəhs ediblər, Ç.Dikkensin həyat və yaradıcılığı haqqında məlumat veriblər, əsərlərindən parçalar söyləyiblər. Birincilərin "Cücələrim" rəqsi, ikincilərin hazırladığı "Turp" səhnəciyi, beşinci sinif şagirdlərinin oxuduqları "Sənin adın nədir?", "Bonni" və başqa ingilis dilində mahnılar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Gecədə Sülh Korpusunun könüllüsü  B.Qresi bu tədbirə dəvət olunduğu üçün məktəb rəhbərliyinə öz təşəkkürünü bildirib. Qeyd edib ki, mən çox sevinirəm, Azərbaycan övladları ingilis dilində olan mahnılara, şeirlərə və rəqslərə belə maraq göstərirlər. İnanıram ki, ingilis dilində sərbəst danışan bu şagirdlər Azərbaycanın mədəniyyətini, incəsənətini, adət və ənənələrini dünyanın müxtəlif ölkələrində  tanıdacaqlar. 

ƏDALƏT

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov