Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

8 İyun 2012 - №22

 

Məktəbdə məzunla görüş

 

Hər bir kəsə onun oxuduğu məktəb daha əzizdir. İllər ötür, zaman dəyişir, insan yaşa dolur... Lakin nə məktəb, nə də qayğıkeş müəllimlər heç vaxt unudulmur. O məktəb də, o müəllim də ucalıq timsalına çevrilir. Həmin illərin xatirəsinə daldıqca o əziz, o şirin məktəb illəri bir kino lenti kimi gözlərin önündən gəlib keçir. Arzuların pərvazlana-pərvazlana səni də özü ilə uca zirvələrə uçuran illərdi məktəb illəri... Quş qanadlı, həyat amallı, kövrək xatirəli, sevinc soraqlı illərdi məktəb illəri...

"Son zəng" günündə Lerik rayonunun Kəlvəz kənd tam orta məktəbinin məzunu Zöhrab Əliyevlə keçirilən görüşdə də beləcə xoş duyğulu, şirin xatirəli anlar yaşanıb...

Zöhrab neçə illərdir ki, Rusiya Federasiyasının Altay diyarının Yarovoye şəhərində yaşayır. Şirkət rəhbəri kimi fəaliyyət göstərən Zöhrab həm də şəhərin "Arsal-Ximik" futbol komandasının prezidentidir.

O, hər il ənənəvi olaraq "Son zəng" günü doğma məktəblərinə gəlir, əziz və mehriban müəllimləri ilə görüşür. Builki "Son zəng" günü də ənənəsinə sadiq qalıb.

Z.Əliyev həmin gün keçirilən tədbirdə müəllim və şagird kollektivi qarşısında çıxış edib, kövrək xatirələrini söyləyib. Sonra məktəbin 3 şagirdinə ilk dəfə olaraq pul mükafatlarını təqdim edib. Bildirib ki, bu ənənə hər il təkrarlanacaq.

Tədbirdə Lerik RTŞ-ın müdir müavini Cəbrayıl Surətov, Bakıdan dəvət olunmuş şair-jurnalist Ağacəfər Həsənli, RİH-in məsul işçisi Hüseyn Hüseynov, qocaman müəllimlər Sahil Mirzəyev, Bahadır Hidayətov, Zöhrabın sinif yoldaşı Ənvər Şükürov, əlifbanı ona öyrətmiş sinif müəllimi Dilarə Hidayətova və başqaları çıxış edərək Kəlvəz kənd məktəbinin  Zöhrab kimi yetirməsi ilə fəxr etdiklərini, onun doğma məktəbi unutmadığını, qayğı göstərdiyini və belə məzunların məktəbin başqa yetirmələrinə də nümunə olacağını diqqətə çatdırıblar. 

Ə.DAŞDƏMİRLİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov