Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

15 İyun 2012 - №23

 

Qurtuluşdan başlanan zəfər yolu

 

Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər və xarici dillər fakültəsində "15 iyun - Qurtuluşdan başlanan zəfər yolu" adlı elmi konfrans keçirildi.

Ali məktəbin rektoru, akademik, millət vəkili İsa Həbibbəyli  tədbiri giriş sözü ilə açaraq 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışını Azərbaycan dövlətçiliyinin xilası kimi dəyərləndirdi. Qeyd olundu ki, həmin dövrdə ölkədə baş alıb gedən özbaşınalıq və xaos artıq dözülməz həddə çatmışdı və məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin etdi.

Daha sonra məruzələr ətrafında çıxışlar dinlənildi.

Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, dosent Zəhmət Şahverdiyev "Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının qurucusudur", NDU Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının sədri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalov "Heydər Əliyev siyasi hakimiyyətinin Naxçıvan dövrü", beynəlxalq münasibətlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov "Qurtuluşdan başlanan böyük zəfər yolu" adlı məruzələrlə çıxış etdilər.  Vurğulandı  ki, ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı müasir və müstəqil Azərbaycanın təməlini qoydu. Çıxış edənlər qeyd etdilər ki, həmin dövrdə hakimiyyətdə olan insanlar yalnız şəxsi ambisiyaları üçün mübarizə aparıblar. Məhz 15 iyun günündə ulu öndər Heydər Əliyevin qayıdışı ilə müharibə dayandırıldı, atəşkəs elan olundu və müstəqil Azərbaycanın inkişaf trayektoriyası müəyyənləşdirildi. Bu gün ulu öndərimiz tərəfindən əsası qoyulan və özündə inkişafı ehtiva edən siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Sonda 20 nəfər gəncə YAP üzvlük vəsiqələri təqdim olundu. 

Nərmin CƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov