Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

15 İyun 2012 - №23

 

Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir

 

Heydər Əliyev öz məğrur səsilə dünyanın bütün dövlətlərinin ali kürsülərindən cəsarət və mərdliklə öz fikirlərini belə bəyan etdi: "Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir. Azərbaycan  bundan  sonra  heç  zaman, heç bir dövlətin vassalı və müstəmləkəsi olmayacaqdır".

Azərbaycan Müəllimlər İnstitutunun  Şamaxı filialında ulu öndər Heydər Əliyevin xatirəsi bir daha  yad  edilərək  15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi. Tədbir Milli  Qurtuluş Gününə həsr olunmuş filmin nümayişi ilə başladı.

Tədbiri giriş sözü ilə AMİ-nin Şamaxı filialının direktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru T.Yusifova  açaraq bildirdi ki, 1993-cü ilin may-iyun aylarında Azərbaycan xalqı öz tarixinin ən ağır günlərini yaşayırdı. Birinci Qarabağ müharibəsində böyük itkilər, hərbi uğursuzluqlar, iqtisadi tənəzzül, dövlət rəhbərliyindəki çəkişmələr xalqın səbir kasasını daşdırırdı. O dövrki hakimiyyətin  səriştəsizliyi və iradəsizliyi üzündən xalq arasında qiyam getdikcə daha geniş miqyasda yayılaraq vətəndaş müharibəsi  xarakteri almışdı.

1993-cü il iyun ayının 15-də ulu öndərimiz Heydər Əliyev xalqın tələbi ilə Bakıya gələrək Ali Sovetin sədri vəzifəsinə seçildi. Ulu öndərin hakimiyyətə qayıdışı ilə hadisələrin gedişində həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı.

Tədbirdə filialın dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru Mayıl Alıcanov "Müstəqilliyə gedən şərəfli yol", ümumelmi fənlər kafedrasının əməkdaşlarından Sabir Ələkbərov "Qayıdışdan inkişafa  doğru", Zərifə Cavadova "Möhtəşəm qayıdış", Şasəddin Mikayılov "Müstəqilliyimiz əbədidir" mövzularında çıxış edərək Qurtuluş gününə həsr olunmuş bu bayramın əhəmiyyətindən  danışdılar. 

Tədbirdə filialın tələbələri adından I kurs tələbəsi Nərminə Hüseynova və II kurs tələbəsi Xaliq Tapdıqzadə çıxış etdilər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov