Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

15 İyun 2012 - №23

 

BDU-da Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

 

Bakı Dövlət Universitetində Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, 19 il bundan əvvəl xalqımız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışına nail ola bildi. Ulu öndər Azərbaycan xalqını düşdüyü bəlalardan, problemlərdən  qurtardı və xalqımızın Qurtuluş yolunu müəyyənləşdirdi. Dağlıq Qarabağ problemindən də danışan rektor bildirib ki, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi kurs xalqımızı yaxın gələcəkdə bu problemdən qurtaracaq və biz Qurtuluş Gününü daha böyük sevinc və fərəhlə qeyd edəcəyik: "Tarix göstərir ki, bütün böyük problemlərin həlli qısa zaman kəsiyində baş vermir. Onun həlli üçün bütün xalq mütəşəkkil formada mübarizə aparmalıdır. Bu baxımdan Dağlıq Qarabağ probleminin həlli istiqamətində ölkə başçısının apardığı məqsədyönlü və ardıcıl siyasəti yerlərdə hər bir azərbaycanlı daxili problemi hiss etməli və onun həlli üçün çalışmalıdır. Güman edirəm ki, bu gün BDU-nun təşəbbüsü ilə Fransada çap olunub ərsəyə gələn və fransız dilində  dünya ictimaiyyətinə  təqdim olunan holland mənşəli hərbi müxbir  Çarlz Van der Leunun "Dağlıq Qarabağ: dünyanın unutduğu müharibə" kitabı  bu istiqamətdə atılmış addımlardan biridir".

Kitab haqqında məlumat verən rektor bildirib ki, Çarlz Van der Leu 1952-ci il iyulun 18-də anadan olub, fransız dilində klassik Avropa təhsili aldıqdan sonra 1977-ci ildən müstəqil jurnalist kimi fəaliyyətə başlayıb, 1986-cı ildə İran-İraq müharibəsi haqqında "Qolfda müharibə" adlı kitabından sonra məşhurlaşıb. 1987-1990-cı illərdə Çarlz Van der Leu Beyrut radiosunda işləməyə başlayıb və Livan vətəndaş müharibəsi haqqında açıqlamalar verib. Həddindən artıq açıq və sərt çıxışlarına görə oğurlanıb və iki il həbsxana həyatı keçirib. Azadlığa çıxdıqdan sonra  "Livan-günahsız müqəssir" adlı kitabını buraxıb, daha sonra 2 il Madriddə müxbir kimi işləyib. Nəhayət, 1992-ci ildə Azərbaycana gəlib, 7 il burada yaşayıb. Bu illər ərzində "Azərbaycan: şəxsiyyət axtarışında" (ingilis dilində), "Qafqazda fırtına" (ingilis və alman dillərində), "Qafqazda və Xəzərdə neft və qaz: tarix" (ingilis dilində) kitablarını yazıb. Sonuncu analitik kitabı olan "Dağlıq Qarabağ: dünyanın unutduğu müharibə" əsərini Çarlz hələ 2003-cü ildən yazmağı planlaşdırıb. Özünün yazdığına görə, fransız dilində Dağlıq Qarabağla əlaqədar heç bir obyektiv məlumat əldə edə bilmədiyinə görə müxtəlif çoxsaylı ədəbiyyatlara müraciət etməli olub. 

Müəllif kitabın ön sözündə qeyd edir ki, fransız dilində rast gəldiyi və açıq-aşkar erməni lobbisinin təsiri altında birtərəfli işıqlandırılan Qarabağ tarixinin əslində çox maraqlı və dünyaya təqdim olunduğundan fərqli tarixi vardır.

Azərbaycan tarixi haqqında qədim və müasir alimlərin əsərlərini diqqətlə araşdıran, yalnız azərbaycanlı və erməni müəlliflərinin deyil, həm də avropalı tarixçilərin əsərlərini oxuyan  Çarlz Van der Leu Azərbaycanda olduğu illər ərzində müxtəlif adamlardan götürdüyü müsahibələri, çəkdiyi şəkilləri, cəbhə xəttində görüşdüyü insanları, şahidi olduğu hadisələri ümumiləşdirərək bu kitabı yazmaq qərarına gəlib. Müəllif ön sözdə yazır: "güman edirəm ki, bu kitab hələ də davam edən münaqişənin həllinə kömək etmək istəyənlərə öz töhfəsini verəcəkdir. Bu faciəvi münaqişənin pərdəarxası hadisələrini düzgün başa düşməyə köməklik göstərəcəkdir".

Rektor bildirib ki, bu kitabla tanış olarkən burada avropalı müəllifin obyektiv yanaşmasının şahidi olduq. Fransa lobbisinin təsiri altında  yazan bir çox müəlliflərdən fərqli olaraq Çarlz Van der Leu  Qarabağ hadisələrinə, onun tarixinə real yanaşıb, münaqişəni hərtərəfli və obyektiv işıqlandırmağa çalışıb. Məhz bu keyfiyyət diqqətimizi cəlb etdiyindən, kitabın çapı haqqında  qərara gəlmişik. Geniş müzakirələrdən sonra kitabın təsir qüvvəsinin daha effektli alınması üçün onun fransız dilində və erməni lobbisinin güclü fəaliyyət göstərdiyi, buna görə də, heç də həmişə Dağlıq Qarabağ hadisələrinə obyektiv yanaşmağı bacarmayan Fransada çap etmək qərarına gəldik.

Rektor bu məsələdə köməklik göstərən bütün insanlara, böyük sifarişləri olmasına baxmayaraq, universitetin xahişini qısa müddətdə yerinə yetirən L.Harmattan nəşriyyatına, Parisdə fəaliyyət göstərən Şərq Dilləri və Mədəniyyətləri İnstitutunun prezidenti Jak Leqrana təşəkkürlərini çatdırıb. Sonda deyib ki, çox qısa müddətdə çapa hazırlanaraq nəşr edilmiş bu kitab vasitəsilə Qarabağ həqiqətlərinə bir qədər də aydınlıq gələcək, xalqımızın üzləşdiyi bu ədalətsiz münaqişə haqqında, nəhayət, Avropa ölkələrində ədalətli münasibət görəcəyik.

Rektor Abel Məhərrəmov həmçinin alman alimi Heiko Krügerin "Dağlıq Qarabağ konflikti - hüquqi araşdırmalar"  kitabı haqqında da danışıb. Məlum olub ki, həmin kitab bu ilin əvvəllərində BDU-nun təşəbbüsü ilə ingilis dilindən rus dilinə tərcümə olunub. Kitabda Dağlıq Qarabağ probleminin hüquqi analizi verilib, bu münaqişənin obyektiv təhlili aparılıb ki, bu gün həmin kitabın dünyanın 3 aparıcı dilində - alman, ingilis və rus dillərində olan variantları hazırdır: "Biz çalışacağıq ki, həm Çarlz Van der Leunun, həm də Heiko Krügerin kitabları dünyanın bir çox dillərində çap olunsun və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılsın. Uzun müddət informasiya blokadasında dondurulmuş Qarabağ həqiqətlərini dünya xalqlarına çatdırmaq üçün biz bütün vasitələrdən istifadə edəcəyik. Biz bu sahədə araşdırmalarımızı davam etdiririk. Beynəlxalq aləmdə bu konfliktlə bağlı xarici müəlliflərin çap olunmuş kitablarını, əlbəttə, həqiqəti qələmə alanları müxtəlif dillərdə çap edib bu barədə indiyədək olan yalan məlumatlar şəbəkəsinə sarsıdıcı təsirimizi göstərəcəyik. Mən hesab edirəm ki, belə yanaşma hər kəsin vətəndaşlıq borcudur və Qurtuluş gününə ən gözəl hədiyyədir". 

Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Qurtuluş günündən, təqdim olunan kitabların əhəmiyyətindən danışıb, xalqımızı bu əziz gün münasibətilə təbrik edib.

Akademik Vasim Məmmədəliyev, millət vəkili Musa Qasımlı da Qurtuluş günü və kitablarla bağlı fikirlərini bölüşüblər.  

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov