Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

15 İyun 2012 - №23

 

Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 1055 müraciət daxil olub

 

2012-ci ilin may ayında Təhsil  Nazirliyinin "Qaynar xətt" xidmətinə  (telefon: 146; faks: 496-37-61; elektron poçt ünvanı: [email protected]) 1055 müraciət daxil olub. Müraciətlərin 966-sı telefonla, 89-u elektron poçt vasitəsi ilə qəbul edilib. Müraciətlərin böyük hissəsi sorğu və məlumat xarakterlidir.

Sorğu xarakterli müraciətlər ölkə və beynəlxalq fənn olimpiadaları, xaricdə təhsil, əlavə təhsil, ali və orta ixtisas təhsili sistemində yeni qiymətləndirmə sistemi, təhsil sənədlərinin alınması, nostrifikasiyası, təhsil müəssisələrinə, xüsusilə ümumi təhsil məktəblərinə vakant yerlərə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu qaydaları, növbəti dərs ilində birinci siniflərə şagird qəbulu, müəllimlərin dərs yükü normaları ilə əlaqədar olub. Bütün sorğular "Qaynar xətt" xidmətinin növbətçi əməkdaşları tərəfindən qəbul edilib, qeydə alınıb və cavablandırılmaqla həllini tapıb.

May ayında baxılmış 45 şikayət məzmunlu müraciətlərin təhlili göstərir ki,  Bakı şəhərindəki ümumi təhsil məktəblərindən 31, digər şəhər məktəblərindən 3 (Sumqayıtdan 2, Gəncədən 1), Abşeron rayonundan 3, Şahbuz, Qəbələ, Xaçmaz, Balakən, Sabirabad, Qusar, Gədəbəy, Samux rayonlarının ümumi təhsil məktəblərinin  hər birindən 1 şikayət məzmunlu müraciət daxil olub.

Ümumi təhsil məktəbləri ilə bağlı şikayətlərin əsas hissəsini məktəb direktorlarının idarəetmədə yol verdiyi nöqsanlar, məktəblərdə fond pulu toplanması, dərs bölgüsündən narazılıq, buraxılış imtahanları ilə əlaqədar vərəqələrin paylanması, bir sıra məktəblərdə tədrisin keyfiyyətsiz təşkili, müəllimlərin əməkhaqqından qanunsuz tutulmalar, məzuniyyətin düzgün hesablanmaması, maaşların gecikdirilməsi məsələləri təşkil edir. Qeyd etmək lazımdır ki, bu müraciətlərin araşdırılması zamanı yenə də xeyli sayda müraciətdə ad, soyad, telefon nömrəsi göstərilsə də, onların anonim olduğu aşkarlanıb, böyük bir qisim müraciətdə qeyd olunan faktlar öz təsdiqini tapmayıb.

Ötən ay "Qaynar xətt" xidmətinə dövlət ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı 11, özəl ali təhsil müəssisələri ilə əlaqədar 3 müraciət daxil olub. Dövlət ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan şikayətlərdə əsasən, təhsil sənədlərinin gecikdirilməsi, imtahanlarla əlaqədar sualların qabaqcadan verilməməsi,  təhsil haqqının ödənilməsi, struktur bölmə rəhbərlərinin vəzifə səlahiyyətlərini yerinə yetirməsində yol verdiyi nöqsanlar öz əksini tapıb. Bütün bu məsələlər müvafiq qaydada araşdırılıb və həll edilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov