Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

22 İyun 2012 - №24

 

2011/2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının 1-ci hissəsinə uyğun olaraq  

QƏRARA ALIRAM: 

1. 2011/2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda qeyd edilən ümumi təhsil müəssisələri 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılsın: 

Abşeron  rayonu  Xırdalan  şəhər 3 nömrəli məktəb-lisey

Ağstafa şəhəri texniki-humanitar təmayüllü lisey

Bakı şəhəri 9 nömrəli tam orta məktəb

Bakı şəhəri 16 nömrəli texniki-humanitar lisey

Bakı şəhəri 26 nömrəli tam orta məktəb

Bakı şəhəri 36 nömrəli tam orta məktəb

Bakı şəhəri 45 nömrəli tam orta məktəb

Bakı şəhəri 58 nömrəli tam orta məktəb

Bakı şəhəri 60 nömrəli tam orta məktəb

Bakı şəhəri 146 nömrəli tam orta məktəb

Bakı şəhəri 157 nömrəli tam orta məktəb

Bakı şəhəri 158 nömrəli tam orta məktəb

Bakı şəhəri 178 nömrəli tam orta məktəb

Bakı şəhəri 183 nömrəli tam orta məktəb

Bakı şəhəri 189 nömrəli tam orta məktəb

Bakı şəhəri 201 nömrəli tam orta məktəb

Bakı şəhəri 221 nömrəli tam orta məktəb

Bakı şəhəri 253 nömrəli tam orta məktəb

Bakı şəhəri 266 nömrəli tam orta məktəb

Bakı şəhəri 276 nömrəli tam orta məktəb

Bakı şəhəri 278 nömrəli tam orta məktəb

Bakı şəhəri 313 nömrəli tam orta məktəb

Bərdə rayonu Muğanlı kənd tam orta məktəbi

Bərdə şəhəri 8 nömrəli tam orta məktəb

Biləsuvar şəhəri 4 nömrəli tam orta məktəb

Gəncə şəhəri 21 nömrəli tam orta məktəb

Gəncə şəhəri 44 nömrəli bağça-məktəb-lisey kompleksi

Hacıqabul rayonu Rəncbər kənd tam orta məktəbi

Xaçmaz  şəhəri   akademik   Zərifə   Əliyeva   adına  8 nömrəli məktəb-lisey

İmişli şəhəri 5 nömrəli məktəb-lisey

İsmayıllı rayonu Qubaxəlilli kənd tam orta məktəbi

İsmayıllı rayonu Tircan kənd tam orta məktəbi

İsmayıllı şəhəri 2 nömrəli tam orta məktəb

Qax şəhəri 4 nömrəli tam orta məktəb

Qazax şəhəri 3 nömrəli tam orta məktəb

Quba şəhəri texniki təmayüllü lisey

Kəngərli rayonu Qarabağlar kənd 2 nömrəli tam orta məktəbi

Naxçıvan şəhəri 7 nömrəli tam orta məktəb

Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəb

Sumqayıt şəhəri 15 nömrəli tam orta məktəb

Sumqayıt şəhəri 24 nömrəli tam orta məktəb

Şabran şəhəri 2 nömrəli məktəb-lisey

Şərur rayonu Qarxun kənd tam orta məktəbi

Şəki şəhəri 5 nömrəli tam orta məktəb

Şəki şəhəri 10 nömrəli tam orta məktəb

Şirvan şəhəri 2 nömrəli tam orta məktəb

Şirvan şəhəri 4 nömrəli tam orta məktəb

Tovuz rayonu Aşağı Ayıblı kənd tam orta məktəbi

Zaqatala rayonu Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbi

Zərdab rayonu Gəlmə kənd tam orta məktəbi 

2. Bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş pul mükafatları "Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumi təhsil müəssisələrinə verilmiş mükafatın istifadə istiqamətləri"nin və "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanının 3-cü hissəsinə uyğun ödənilsin. 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyun 2012-ci il

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov