Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

22 İyun 2012 - №24

 

BDU-da Həsən bəy Zərdabinin yubiley tədbiri və "Universitetin dostu" mükafatının təqdimat mərasimi keçirilib

 

İyunun 20-də Bakı Dövlət Universitetində Azərbaycan milli mətbuatının banisi, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin anadan olmasının 170 illiyinə həsr olunmuş yubiley tədbiri və "Universitetin dostu" mükafatının təqdimat mərasimi keçirilib. Tədbiri açan universitetin rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin xalqımızın mədəni-ictimai fikir tarixinə dəyərli töhfələr vermiş Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətindən danışıb. Qeyd edib ki, Həsən bəy Zərdabi redaktoru olduğu "Əkinçi" qəzetini nəşr etdirməklə milli mətbuatın bünövrəsini qoyub, dövrün ziyalılarını bu qəzet ətrafında birləşdirərək mühüm vəzifələrin uğurla həyata keçirilməsində misilsiz rol oynayıb.

Jurnalistikanı şərəfli və məsuliyyətli peşə hesab edən Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin senzuranın ləğv olunması haqqında qərarından, Azərbaycan jurnalistlərinə göstərilən dövlət qayğısından, son illərdə jurnalistikanın cəmiyyət arasında mövqeyinin yüksəlməsindən, imicinin qalxmasından da danışıb.

Rektor kütləvi informasiya vasitələrinin Bakı Dövlət Universitetinə olan münasibətindən, universitet haqqında dolğun və davamlı məlumatların respublika ictimaiyyətinə lazımi səviyyədə çatdırılmasında jurnalistlərin xidmətlərindən də danışıb və "Universitetin dostu" mükafatının məhz buna görə təsis edildiyini vurğulayıb. Rektor 10 nəfər KİV rəhbərinin "Universitetin dostu", bir qrup jurnalistin isə fəxri fərman və hədiyyəyə layiq görüldüyünü diqqətə çatdırıb.

Sonra jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev "Klassik Azərbaycan jurnalistikası ənənələri və müasirlik" mövzusunda məruzə edib.

Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova isə universitet-mətbuat münasibətlərindən, mətbuat və informasiya şöbəsinin fəaliyyətindən, "Universitetin dostu" mükafatının təsis edilmə zərurətindən söz açıb.

Daha sonra "Universitetin dostu" mükafatı təqdim edilib. Bakı Dövlət Universiteti haqqında obyektiv, dolğun və davamlı məlumatlar yayımladığına, elmin, təhsilin inkişafına göstərdiyi qayğıya görə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli,  "Space" Müstəqil Teleradio Şirkəti MMC-nin prezidenti Vaqif Mustafayev, "Azad Azərbaycan" Teleradio Yayım Şirkətinin prezidenti Vüqar Qaradağlı, "Lider" TV və Radio Azərbaycan MMC-nin prezidenti Ədalət Əliyev, "Respublika" qəzetinin baş redaktoru Teymur Əhmədov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Ekspress" qəzetinin baş redaktoru Qəzənfər Bayramov, "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Bayram Hüseynzadə, "Modern.az" internet portalının baş redaktoru Elşad Eyvazlı, "Lent.az" İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu "Universitetin dostu" mükafatına layiq görülüblər. 

Fəaliyyət göstərdikləri KİV-də BDU haqqında obyektiv və davamlı yazılarına görə isə bir qrup jurnalistə fəxri fərman və hədiyyələr təqdim olunub.  

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov